Now Reading:
Müsavat partiyası “polis müdaxiləsinə” görə şikayət verməyə hazırlaşır

Müsavat partiyası “polis müdaxiləsinə” görə şikayət verməyə hazırlaşır

[vc_row][/vc_row][vc_row][/vc_row][vc_row][/vc_row][vc_row][/vc_row]

Müsavat partiyası Zaqatala rayonunda konfrans keçirmək planlarına “polisin müdaxiləsi ilə bağlı” məhkəməyə şikayət verməyə hazırlaşır, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri BBC News Azərbaycancaya deyib.

Müsavat partiyası şənbə günü Zaqatala rayonunda partiya sədrinin ata evində konfrans keçirmək istəyib, lakin “polis imkan verməyib”, hadisənin şahidi olan Gülağa Aslanlı deyib.

Zaqatala Polis İdarəsi BBC News Azərbaycancaya şərhində müdaxilə iddialarını təkzib edib və polisin sadəcə toplantı ilə “maraqlandığını” deyib.

Müsavat partiyası şənbə günü təqribən saat 1200-da partiya sədri Arif Hacılının Yuxarı Tala kəndində yerləşən ata evində iclas keçirmək istəyib, Gülağa Aslanlı deyir.

“Mən həyətdə idim. Mülki geyimli və formalı hüquq-mühafizəçilərdən ibarət bir qrup iclasın keçirilməsinə imkan vermədi. Onlar bəzilərini [iştirakçıları] həyətə girməyə qoymadı, digərlərini saxlayıb, maşına mindirib apardılar. Polis icra hakimiyyətinin icazəsi olmadan tədbirə yol verməyəcəyini dedi”, deyə Gülağa Aslanlı hadisəni təsvir edir.

O deyir ki, partiyanın ofisi olmadığından yığıncaqları şəxsi ev, çayçı, yeməkxana və sairə yerlərdə keçirirlər.

“Bu yerlərin sahiblərinə, bizə kömək edən başqa şəxslərə təzyiqlər olur. Partiyanın yığıncaqları keçirmək cəhdləri həmişə çətinliklərlə müşayiət olunub. Amma polis indiyədək birbaşa bu cür müdaxilə etməyib”, cənab Aslanlı deyir.

Müsavat partiyasının nümayəndəsi hesab edir ki, müdaxiləyə səbəb Müsavat başqanın ABŞ-a səfəri və partiyanın gözlənilən qurultayı ilə əlaqələdir.

“Bizim qurultaya hazırlıq gedir. Müsavatın başqanı Arif Hacılı ABŞ-da yüksək səviyyədə qarşılanıb. Ölkədəki haqsızlıq fonunda bu, hakimiyyəti düşündürür, narahat edir”.

Gülağa Aslanlının sözlərinə görə o, baş verənlərlə bağlı məhkəmə, Ədliyyə Nazirliyi və Prezident Aparatına şikayət etmək üçün “bazar ertəsi bu məsələni divanda gündəliyə çıxaracaq və böyük ehtimalla o, qəbul olunacaq.”

Aslanlı onu da qeyd edib ki, yerli məhkəmələrdən ədalətli qərar ala bilməsələr Avropa məhkəməsinə də şikayət edəcəklər.

“Heç bir basqın və ya təzyiqdən söz gedə bilməz”, Zaqala Polis İdarəsindən BBC News Azərbaycancaya bildirilib.

İdarədən deyib ki, Müsavat partiyasının toplantı keçirmək üçün yerli İcra Hakimiyyətindən icazəsi olmayıb və polis toplantı ilə sadəcə “maraqlanıb”.

“Qonşular məlumat verib ki, evə adamlar toplaşır. 1 nəfər polis də heç evə daxil olmayaraq qapıdan maraqlanıb ki, siz kimsiniz, burada nə edirsiniz. Oradan nə heç kim aparılıb, nə də saxlanılıb”.

BBC

Input your search keywords and press Enter.