2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müsavat Partiyasının fəalı 10 sutka həbs edilib

Müsavat Partiyasının Biləsuvar rayon təşkilatı sədrinin müavini Qoşqar Nuralı inzibati qaydada 10 sutka həbs edilib.  İyunun 20-də o yaşadığı Xırmandalı kəndində saxlanılıb. Ertəsi gün Biləsuvar Rayon Məhkəməsi onu “polisə tabe olmamaqda” təqsirli bilərək 10 sutka inzibati həbs cəzasına məhkum edib. Bu barədə Turan-a Müsavat Partiyasının Məclis sədri Arif Hacılı bildirib.

Onun sözlərinə görə, Nuralı inzibati xəta törətməyib.

“Əsl səbəb başqadır. Qoşqar Nuralı sosial şəbəkədə deputat Bəhruz Məhərrəmovun barəsində yazdığına görə həbs olunub. O, Bəhruz Məhərrəmovun parlamentdə xalq hərəkatı (1980-cı illərin sonu-1990-cı illərin əvvəllərində sovet rejiminə qarşı etiraz hərəkatı nəzərdə tutulur) haqqında həqiqətə uyğun olmayan çıxışına etiraz bildirib”, – Hacılı deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb. 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button