2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Müsavatçı gənc 25 sutka həbs cəzası alıb

Elvin Abdullayevin mitinqdə iştirakına görə həbs edildiyi bildirilir

Yanvarın 23-də Xətai Rayon Məhkəməsi Müsavat Partiyasının fәalı Elvin Abdullayevi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddәsi (polisin qanuni tələbinə tabe olmamaq) ilә 25 sutka azadlıqdan məhrum edib.

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli Meydan TV-yə deyib ki, Elvin Abdullayev 19 yanvar mitinqində iştirakına görə həbs edilib:

“Elvin Abdullayev yanvarın 22-də axşam evdən polisə aparılıb, ona görə onun polisə müqaviməti yalandır”.

Saytların yığılması Saytlarin yigilmasi

Elvin Abdullayev əvvəllər də həbs olunub. Həmin dövrdə o, AXCP Gənclər Təşkilatının fəalı idi. Gənc fəal Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2016-cı ildə Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən AXCP üzvü Elvin Abdullayevin kassasiya şikayətinə baxılıb.

Qərara əsasən, E. Abdullayevin ittiham olunduğu 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib. Onun cəzası 6 ildən 2 il 6 aya endirilib. O, 2017-ci ilin martında prezident İlham Əliyevin Əfv sərəncamı ilə azadlığa buraxılıb.

Elvin Abdullayev beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınırdı.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button