2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müsavatçılarla REAL-çılar mitinqdə fərd kimi iştirak edə biləcək

Arif Hacılı: ”Təşkilat olaraq iştirakımız barədə isə bizə müraciət olunarsa, müzakirə edəcəyik”

Saytların yığılması Saytlarin yigilmasi

Milli Şuranın aprelin 8-də keçirəcəyi mitinqdə Müsavat Partiyasının və REAL Hərəkatının üzvləri fərd kimi iştirak edə biləcək. Bu barədə həmin qurumların rəhbər şəxsləri Turan-a bildirib.

“Müsavat Partiyasının üzvləri üçün kütləvi aksiyalarda iştirak sərbəstdir. Təşkilat olaraq iştirakımız barədə isə bizə müraciət olunarsa, müzakirə edəcəyik”, Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

REAL Hərəkatının icra katibi Natiq Cəfərli də deyib ki, üzvlər fərdi qaydada iştirakda tam sərbəstdirlər, yəqin ki, iştirak edənlər də olacaq: “Amma təşkilat kimi REAL ancaq öz təşəbbüsü ilə verilən qərarlarda iştirak edir. Yəni təşkilat kimi iştirak etməyəcək”.

“Məhsul” stadionunda baş tutacaq mitinqin şüarları “Talana son! Monarxiyaya yox! Siyasi məhbuslara azadlıq!” olacaq. 

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il prezident seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button