Xəbərlər

Müsavatçının həbs olunduğu deyilir

Müsavat Partiyasının üzvü Nizaməli Süleymanovun həbs olunduğu bildirilir.

Bu barədə Müsavat Partiyasından məlumat yayılıb.

Partiyadan bildirildiyinə görə, o, bu gün, aprelin 5-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) üzrə təqsirli bilinərək 20 sutka inzibati qaydada həbs olunub.

Müsavat Partiyasının mətbuat xidmətindən qeyd edilib ki, Süleymanov narkotik istifadəçisi deyil və öz siyasi fəaliyyətinə görə, həbs olunub:

“Nizami bəyin özünün bizə verdiyi məlumata görə, onu müxtəlif üsullarla təhdid edib partiyadan çıxmağını tələb edirdilər və çıxmadığı üçün cəzalandırırlar”.

Partiyanın mətbuat xidmətindən həmçinin qeyd olunub ki, Süleymanov son dövrlərdə təzyiqin ən müxtəlif üsulları ilə üzləşmişdi.

Bu deyilənlərə hələlik, Daxili İşlər Nazirliyi və Suraxanı Rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq bildirirlər ki, ölkədə heç kim siyasi fəaliyyətinə görə, şərlənərək həbs edilmir.

24 saat” “Müsavatçının həbs olunduğu deyilir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button