2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Müsavatın Mehman Hüseynovla bağlı mitinqinə icazə verilmədi

“Biz hüquqi müstәvidә bunu mübahisә edәcәyik”

Yanvarın 9-da Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının Mehman Hüseynova dəstək aksiyası – mitinq keçirməklə bağlı müraciətinə mәnfi cavab verib.

24saat.org xəbər verir ki, məlumatı Meydan TV-yə Müsavat başqanı Arif Hacılı verib.
Bildirib ki, paytaxtın icra hakimiyyətinin mitinqə icazə verməməsi tamamilә qanunsuzdur:

“Biz hüquqi müstәvidә bunu mübahisә edәcәyik. Eyni zamanda, aksiya ilә bağlı gәlәcәk addımlarımızı sabah müzakirә edib, qәrar qәbul edәcәyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Mitinqin yanvarın 12-i saat 15:00-da “Məhsul” stadionunda keçirilməsi planlaşdırılmışdı.

Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button