2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaGündəm

Muskat Əliyevlərlə koruppsiya əlaqələri ittihamlarından yaxa qurtara bilmir

Joseph Muscat has been invited by MEPs to appear in the PANA committee

Avropa Parlamentinin çirkli pulların yuyulması və vergidən yayınma üzrə istintaq komitəsinin (PANA) koordinatorları Malta Baş naziri Cosef Muskatı mayın 15-dən 18-dək baş tutacaq Avropa Parlamentinin plenar iclasları zamanı Strasburqda olarkən komitə qarşısına çıxmağa dəvət edib. PANA istintaq komitəsi Panama sənədlərinin üzə çıxması ilə qurulub.

Saytların yığılması Saytlarin yigilmasi

Almaniyalı deputat Sven Giegold deyib ki, Cosef Muskat ofşor Panama şirkətinə sahib olduğuna dair iddialara aydınlıq gətirməlidir.

Cosef Muskat xanımının “Egrant” ofşor şirkətinə sahibi olduğu iddiaları ilə bağlı məhkəmə istintaqının başladılmasını istəyib. Baş nazir ittihamları inkar edib.

“Hazırda Avropa Birliyinə sədrlik edən və çirkli pulların yuyulmasının təftişi standartları üzrə danışıqlar aparan Malta AB-nin etibarlılığını təhlükə altına salır. Prezidentlik dövründə erkən seçkilər elan etmək çox gözlənilməz addımdır. Bu seçki Avropa Parlamentinin təhqiqatını ləngidir”, – Avropa Parlamentinin üzvü Giegold deyib.

Muskatın adminstrasiya rəhbəri Kif Şembri 2013-cü ildən sonra Panamada ofşor şirkət açıb, amma o, PANA istintaq komitəsinin qarşısına çıxmaqdan imtina edib. Amma ofşor şirkət açan keçmiş enerji naziri Konrad Mizzi fevralda komitə qarşısına çıxıb.

Maltalı bloqçu Karuana Qalizia yüksək vəzifə tutan bir neçə Malta siyasi fiqurunu çirkli pulların yuyulması əməliyyatında günahlandırıb. Korrupsiya iddialarında Azərbaycan prezidentinin övladları Leyla Əliyeva və Heydər Əliyevin, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da adları çəkilir.

ilkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button