2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Muskatın “Ramiz Mehdiyevi” pasport satırmış

 

Saytların yığılması Saytlarin yigilmasi

Malta məhkəməsi baş nazir Cosef Muskatın adminstrasiya rəhbəri Kif Şembri, baş nazirin məsləhətçisi və “Nexia BT” şirkətinin sahibi Brayan Tonna barədə cinayət işi başlatmaq üçün yetəri qədər dəlilin olduğu qənaətinə gəlib. Bu barədə müxalifət lideri Simon Busuttil məlumat verib.

Busuttilin baş nazirin məsləhətçisi Tonnanın 3 Rusiya vətəndaşına Malta vətəndaşlığı satmasından 166 800 avro əldə etdiyini göstərən sənədlər əldə etdiyini iddia etməsindən sonra məhkəmə sübutu təmin edib. O deyib ki, pullar Tonnanın Vircin adalarındakı şirkətinə məxsus Pilatus Bank hesabına köçürülüb.

Busuttil iddia edib ki, hər dəfəsində 50 000 avro olmaqla iki dəfəyə 100 000 avro Tonnanın hesabından Şembrinin Pilatus Bankdakı hesabına köçürülüb.

Şembri və Tonnanın bildirdiyinə görə, Tonna Şembrinin bir neçə il əvvəl ona verdiyi borcu qaytarıbmış.

Busuttil isə deyilənləri gülünc adlandırıb. “Sanki Tonnanın kiminsə ona 100 min avro borc verməyinə ehtiyacı var imiş”.

Müxalifət lideri qeyd edib ki, “sağ əli”, adminstrasiya rəhbəri Şembrinin əməllərinə görə baş nazir Muskat da məsuliyyət daşıyır.

azadliq.info

 

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button