2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Müstəntiq ananın oğlu ilə bağlı qalmaqallı qətl işi

Bir il öncə qətlə yetirilmiş Bəxtiyar Nəsibovun anası Nəzakət Bayramova iddia edir ki, qarşı tərəf vəzifəsindən və pulundan istifadə edərək bu cinayətin obyektiv araşdırılmasına təsir göstərib. Bayramova bu fikri oğlunun qətliylə bağlı məhkəmə prosesində də açıq şəkildə dilə gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

22-yaşlı Nəsibovu qətlə yetirməkdə suçlanan Əli Abbasovun anası Xətai rayon Prokurorluğunun müstəntiqi olub. Ona CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Zərərçəkmiş tərəf hesab edir ki, ittiham maddəsi daha ağır olmalıydı. Bayramovanın fikrincə, bu cinayətdə Abbasova yardım edənlər olub.

“O adamları aradan çıxarıblar. Ona görə bizə hadisənin videogörüntülərini vermədilər. Niyə görüntülər işin içində yoxdur? Onlar iş üçün çox vacib sübutdur. Hadisənin baş verdiyi idman zalında müşahidə kameraları olub, hanı o kameraların qeydə aldığı görüntülər?”, – zərərçəkmiş tərəfin vəkili Elmar Süleymanov belə deyir.

Vəkilin fikrincə, bu hadisədə daha çox şəxsin iştirakından əlavə, xüsusi amansızlıq və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətinin əlamətləri var. Ona görə 20-yaşlı Abbasova verilən ittihamın ağırlaşdırılması üçün işin istintaqa qaytarılması haqda vəsatət qaldırıb.

Abbasovun hazırda ittiham olunduğu 120.1 maddəsində 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Ağırlaşdırıcı hallarda isə 14 ildən başlayır, 20 ilə qədər, hətta ömürlük də cəza verilə bilər.

Abbasov məhkəmədə ifadəsində bildirib ki, hadisə idman zalında aralarında yaranmış mübahisə nəticəsində baş verib. O, hadisəni təkbaşına törətdiyini, kimsənin yardım etmədiyini deyir.

Prokuror da, təqsirləndirilən şəxsin vəkilləri də aprelin 29-da məhkəmədə cinayət işinin təkrar istintaqa qaytarılması məsələsi müzakirə olunanda buna etiraz edib. Deyiblər ki, buna ehtiyac yoxdur, bütün məsələlər yetərincə araşdırılıb. Bu cür yanaşmaya zərərçəkmiş Nəzakət Bayramova sərt etiraz edib, məhkəmə zalında qışqırıb, masanın üstündəki kompüteri sındırıb.

Hakimlər işin istintaqa qaytarılmasına qərar veriblər. Eyni zamanda, ananın bu hərəkətinə görə onun haqqında da akt tərtib edilməsi haqda qərar çıxarılıb.

Hadisə 2021-ci il martın 1-də paytaxtın Xətai rayonu ərazisindəki idman zallarından birində baş verib.

24 saat” “
Müstəntiq ananın oğlu ilə bağlı qalmaqallı qətl işi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button