Now Reading:
“Müstəntiq “get özünü yandır” deyib, Tərlan da yandırıb”

“Müstəntiq “get özünü yandır” deyib, Tərlan da yandırıb”

Məcburi köçkünün özünü polis bölməsinin qarşısında yandırdığı deyilir

Yanvarın 13-də Sulutəpə qəsəbəsində məskunlaşan məcburi köçkün Tərlan Arif oğlu İslamov 40-cı polis pölməsinin qarşısında özünü yandırıb. 24saat.org xəbər verir ki, hadisə barədə Meydan TV-yə danışan Arif İslamov deyib ki, oğlu 40-cı polis bölməsində müstəntiq ilə mübahisə etdikdən sonra özünə qəsd edib:

“3 ay əvvəl kafelərin birində dava düşüb, Tərlan da o davada olub. Həmin vaxt telefonla 102-yə (DİN-in qaynar xətti – red) zəng etmək istəyəndə dava edənlər telefonunu da əlindən alıblar. O telefonu kreditlə götürmüşdü, 800 manat qiyməti vardı. Həmin dava ilə bağlı polis araşdırma aparırdı, amma heç bir nəticəsi yox idi. Oğlum polisə gedib bu gün. Araşdırmanın ləng getməsindən gileylənib. Deyib, heç olmasa, telefonu qaytarsınlar. Müstəntiqlə mübahisə ediblər. Müstəntiq də deyib nə istəyirsən elə, lap get özünü yandır. Tərlan da hirslənib, özünü yandırıb”.

Atasının sözlərinə görə, Tərlan İslamov hazırda 5 saylı Şəhər Xəstəxanasının yanıq şöbəsində, reanimasiyadadır:

“Xəstəxanadayıq, vəziyyəti ağırdır. Danışa bilmir, eləcə uzanıb, özündə deyil”.

40-cı polis bölməsindən məsələyə münasibət bildirilməyib, sualı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə yönləndiriblər. DİN-dən münasibət öyrənmək mümkün olmayıb.

5 saylı Şəhər Xəstəxanasından telefonlara cavab verilməyib.

Qeyd edək ki, Masallı rayonu, Şərəfə kənd sakini Zeynalov Raqif Əsəd oğlunin da özünü yandırdığı barədə məlumat yayılıb. Bildirilir ki, o, rayon məhkəməsinin qarşısında özünü yandırıb.bu barədə Günel Mustafayeva adlı Facebook istifadəçisi məlumat paylaşıb. O bildirir ki, vəziyyəti ağır olan Raqif Zeynalov Bakıya yola salınıb. “Raqif Zeynalovun banka borcu olub. Borcunu vaxtında ödəyə bilmədiyi üçün məhkəmə vasitəsi ilə onun hesabından aylıq maaşı tam olaraq tutulub. R.Zeynalov buna etiraz edib və benzinlə özünü yandırıb”.

Input your search keywords and press Enter.