2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Müstəqillik məsələsində Heydər Əliyevə qarşı çıxan YAP-çılar

1991-ci ildə martın 17-də keçmiş SSRİ-nin bütün respublikalarında o cümlədən də Azərbaycanda “SSRİ-nin saxlanmasına dair” referendum keçirilib.  Referendumda iki sual qoyulmuşdu:

  1. SSRİ qalsın, Azərbaycan da onun tərkibində yaşasın.
  2. SSRİ dağılsın, Azərbaycan müstəqil olsun. 

24saat.org xəbər verir ki, referendumun keçirilməsi ilə bağlı səsvermədə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Onlar tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerdə qalan 300-dək deputatın böyük əksəriyyəti biz “SSRİ-ni istəyirik” mövqeyini bölüşüblər, 5 nəfər isə bitərəf qalıb.

Müstəqillik tərəfdarı olanlar sırasında eks-prezident Heydər Əliyev də var. Həmçinin onun təşəbbüsü ilə referndum Naxçıvanda keçirilməyib. SSSR-i tərəfdarları sırasında isə hazırda da yüksək post tutan, hakim Yeni Azərbaycan Pariyasının rəhbərliyində təmsil olunan şəxslər də var. Yeni Azərbaycan Partiyası sədrinin müavini, Baş nazirin müavini Əli Həsənov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, parlamentin komitə sədri Arif Rəhimzadə, Yeni Azərbaycan Partiyasında İdarə Heyətinin üzvü, parlamentin komitə sədri Eldar İbrahimov,  Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mixail Zabelin kimi funksionerlərin də mövqeyi Heydər Əliyevin mövqeyinin tam əksinə olub. 

SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirilməsinin leyhinə səs verənlər şəxlərindən bəziləri isə bunlardır: 

Saytların yığılması Saytlarin yigilmasi

1. Arif Rəhimzadə – deputat
2. Yaşar Əliyev – Azərbaycanın Çindəki sabiq səfiri
3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini
4. Fikrət Sadıqov – “Azərkimya” DŞ-nin keçmiş prezidenti
5. Samur Novruzov – sabiq deputat, vəfat edib
6. Eldar İbrahimov – deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri
7. Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü
8. Gülnarə Qurbanova – sabiq deputat
9. Mixail Zabelin – deputat
10. Sultan Məmmədov – sabiq deputat, biznes fəaliyyətilə məşğuldur
11. Zeynəb Xanlarova – Xalq artisti, deputat
12. Madər Musayev – deputat
13. Yaşar Rzayev – sabiq deuptat, Lənkəranın keçmiş icra başçısı
14. Gennadi Timoşenko – sabiq deputat
15. Həsən Həsənov – keçmiş baş nazir və xarici işlər naziri, Polşadakı səfir
16. Əli Həsənov – Baş nazirin müavini
17. Şair Həsənov – Tikinti və Arxitektura Komitəsinin sabiq sədri, keçmiş nazir
18. İrşad Əliyev – sabiq kənd təsərrüfatı naziri, Beyləqanın keçmiş icra başçısı
19. Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri
20. Aslan Süleymanov – sabiq deputat
21. Arif Ağayev – Yasamal və Samuxun keçmiş icra başçısı
22. Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı
23. Sahib Əkbərov – Kəlbəcərin sabiq icra başçısı
24. Tapdıq Kamalov – sabiq deputat
25. Rüfət Əsədov – Nazirlər Kabinetində sabiq şöbə müdiri
26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı
27. Arif Mövsümov – Nazirlər Kabinetində sabiq şöbə müdiri, vəfat edib
28. Cahangir Hüseynov – sabiq deputat
29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir
30. Telman Orucov – Sabiq deputat
31. Çingiz Sadıqov – sabiq deputat, vəfat edib

Bu hadisədən təxminən 7 ay sonra isə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı müzakirəyə çıxarıldı. Bəzi deputatlar sessiyaya qatılmadığı üçün səsvermənin adbaad keçirilməsi təklifi irəli sürüldü. Amma deputatların əksəriyyəti buna ehtiyac olmadığını bildirdilər. İki gün ərzində 32 maddənin hamısı ayrı-ayrılıqda müzakirə edilib, səsvermə ilə qəbul edildi. Sessiyanın gedişi ölkə televiziyası ilə birbaşa yayımlanırdı. Oktyabrın 18-də axşamüstü, nəhayət, tarixi an baş verdi.

Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı bütövlükdə səsə qoyuldu. Adbaad səsvermə zamanı 350 deputatdan 258 nəfər həmin iclasda iştirak edib. Səsvermənin nəticəsi ayaqüstə alqışlarla qarşılanıb. Hadisədən dərhal sonra Azərbaycanın müstəqilliyinin dünya birliyi tərəfindən tanınması prosesi başlanılıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button