2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Müstəqilliyin Bərpası Günüdür

Bu gün, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günüdür.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Həmin gün düz 30 il Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd edilib.

Üstəlik, indi Azərbaycanda 18 oktyabr bayram sayılsa da, rəsmi iş günüdür. Halbuki, 1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən dəyişiklərdən sonra 18 oktyabr – Dövlət Müstəqilliyi Günü, 12 noyabr – Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. Həmin günlər bayram günü kimi saxlanılsa da, iş günü sayılır.

O zaman 18 oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmamışdı. Müxalifət bunu tənqid etmişdi. Onlar deyirdi ki, mövcud hakimiyyətin müstəqilliyin qazanılmasında xidmətləri olmadığından belə qərarlar verirlər. Amma rəsmi təbliğatda indi prezident olan İlham Əliyevin atası-keçmiş prezident Heydər Əliyev “müasir Azərbaycan dövlətinin qurucusu” kimi dəyərləndirilir.

Ötən il isə Azərbaycan Milli Məclisinə “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi təqdim edildi. Həmin layihədə isə Respublika Gününün (mayın 28-i) adı dəyişdirilərək Müstəqillik Günü, Dövlət Müstəqilliyi Gününün (oktyabrın 18-i) isə Müstəqilliyin Bərpası Günü elan edilməsi təklif olunurdu. Az sonra da layihə parlamentdə qəbul edildi.

Həmin layihə ilə bağlı məlumatlar yerli saytlarda yayıldıqdan sonra bəzi sosial şəbəkə istifadəçiləri öz narazılıqlarını bildirmişdilər. Onlar, əsasən, Respublika Gününün adının dəyişdirilməsini tənqid edirdilər. Hətta bəzi narazılar “əlvida Respublika” kimi ifadələr də işlədirdilər. Hakimiyyət rəsmiləri isə belə fikirləri əsaslı saymır.

31 il əvvəl qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisidir.

1918-ci il mayın 28-də iki il ömür sürən Azərbaycan Cümhuriyyəti yaranıb. 1918-1991-ci illər arasında Azərbaycan SSRİ-nin tərkibində olub.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button