Now Reading:
Mustafa Hacıbəyli polis bölməsinə aparılıb

Baş redaktora mitinqlə bağlı xəbərdarlıq ediblər

Binəqədi rayon 5-ci polis bölməsinin əməkdaşları martın 6-da saat 13. 25-də “Bastainfo” saytının baş redaktoru Mustafa Hacıbəylini partiya qərargahından aparıblar.

Bu barədə Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Meydan TV-yə bildirib.

Gülağa Aslanlı ehtimal edib ki, Mustafa Hacıbəylinin polis bölməsinə aparılması onun son vaxtlar müxalifətin 10 martda keçirəcəyi aksiya haqda çağırışları barədə ola bilər.

Partiyadan verilən xəbərə görə, M.Hacıbəyliyə qarşıdan gələn mitinqlə bağlı xəbərdarlıq edilib və o sərbəst buraxılıb.

Bundan əvvəl də Mustafa Hacıbəyli rəhbərlik etdiyi sayta təzyiqlər olduğunu bildirmişdi. Fevral ayında o, “Bastainfo” saytına haker hücumlarının olması barədə məlumat verib.

Mustafa Hacıbəyli fevralda rəhbərlik etdiyi sayta haker hücumunun olması barədə məlumat verib.

Milli Şura aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisini boykot edən müxalifət partiyalarını martın 10-da ümumi mitinqə dəvət edib. Mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti hələ ki, cavab verməyib.

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədri Qüdrət Həsənquliyev parlamentdə çıxış edərək, müxalifətin martın 10-a mitinq keçirmək planını tənqid edib.

“Bu məsələyə görə Bakı şəhər İcra hakimiyyətindən izahat tələb edirik. Məndə olan məlumata görə, mitinq sanksiyalaşdırılıb. Bu qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Niyə mitinq keçirməyə icazə verirlər? Öz çıxışlarında qanunların aliliyini istəyən şəxslər özü qanunun tələblərinə əməl etməlidir”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.