2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mustafa Hacıbəyli sərbəst buraxıldı

“Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli sərbəst buraxılıb.

O, polisə çağırılmasının səbəbləri ilə bağlı aşağıdakıları bildirib.

“Məni beşinci polis bölməsində mayor Cavanşir Quliyev qəbul etdi. Bildirdi ki, 25 il əvvəl Şuşa işğal olunan zaman şəhid olmuş Bayram Səfərovla bağlı bölməyə material daxil olub. Bununla əlaqədar məndən izahat alındı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası mənimlə birgə döyüşlərdə iştirak etmiş Bayram Səfərovun işini araşdırırmış. Məndən izahat alınmasını həmin komissiya istəyib. Mənə verilən sualları cavablandırdım və izahat yazdım”, – Mustafa Hacıbəyli bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

25 il əvvəl olmuş hadisə niyə indi araşdırılır?

Suala cavab olaraq Mustafa Hacıbəyli aşağıdakıları bildirdi. “Bu sualı mən polisdə də verdim, amma aydın cavab verilmədi. İkincisi, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası məndən izahat almaq istəyirsə, bunu niyə polis vasitəsilə edir? Məni özləri dəvət edə bilərdi, istənilən suala gedib cavab verərdim”.

“25 il araşdırmayıblar, amma indi məni gecə ikən polisə çağırırdılar, gecə gələ bilməyəcəyimi söylədiyim üçün razılaşdılar ki, səhər gəlim və səhər getdim. Ona görə hesab edirəm ki, məqsəd mənə təzyiq etməkdir. Mayor Cavanşır Quliyev də, söhbət boyunca Elçibəy hökumətini tənqid etdi və Əliyev iqtidarını təriflədi. Artıq neçənci dəfədir ki, müxtəlif bəhanələrlə polisə çağırılıram. Hesab edirəm ki, bu təzyiqlər “Basta”nın fəaliyyəti ilə bağlıdır”, – Mustafa Hacıbəyli bildirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button