2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Mustafa Hacıbəylinin məhkəməsinə şikayətçi olan qadınlar gəlmir

Baş redaktor şahidlər dindirildikdən sonra ifadə verəcəyini deyir

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə çağırışlarda ittiham olunan “bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəylinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yanvarın 29-da hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmə iclasında Tural Hacıbəyli şahid qismində dindirilib. O, Mustafa Hacıbəylinin qardaşı Vaqif Hacıbəylinin oğludur.

T.Hacıbəyli bildirib ki, saytın rəsmi işçisi olmayıb. Texniki məsələlərlə əlaqədar kömək lazım olanda əmisi ona müraciət edib, o da problemi həll edib: “Mənim saytda gedən yazılardan xəbərim olmayıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim Səbuhi Hüseynov bildirib ki, digər şahidlər məhkəməyə gəlməyib.

Onlar əsas şahidlərdir – saytda gedən yazıların narahatlıq yaratması haqda ifadə verənlər. Bunlar 45 yaşlı İlahə Xalidova, 52 yaşlı Arzuxanım Məmmədova və 51 yaşlı Zülfiyyə Babayevadır.

Mustafa Hacıbəyli özünü təqsirli bilməyib. O bildirib ki, ittiham tamamilə əsassızdır. M.Hacıbəyli şahidlər dindirildikdən sonra ifadə verəcəyini bildirib.

Məhkəmə prosesi fevralın 5-də davam edəcək.

Gəncədə icra başçısının güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasındakı qəza haqda iki yazıya görə M.Hacıbəyli Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, M.Hacıbəyli 8 ilədək azadlıqdan məhrum edilə bilər.

M.Hacıbəyli ittihamları rədd edir. Bildirir ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz.

Maraqlı xəbərlər üçün Az24saat.org  FACEBOOK səhifəmizi izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button