Now Reading:
Mustafa Şentop Türkiyə Böyük Millət Məclisinin sədri seçildi

Mustafa Şentop Türkiyə Böyük Millət Məclisinin sədri seçildi

Mustafa Şentop Türkiyə parlamentinin yeni sədri seçilib


Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri postuna seçkilər keçirilib.

ONA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, parlamentin sədri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri postuna namizəd göstərilib və bununla əlaqədar postundan istefa verib.

Türkiyə parlamentinin sədri postuna

AKP Təkirdağ millət vəkili Mustafa Şentop,

CHP İstanbul millət vəkili Engin Altay,

Xalqların Demokratik Partiyası (HDP) İzmir millət vəkili Serpil Kemalbay Pekgözegü,

İYİ Partiya Qaziantep millət vəkili İmam Hüseyn Filizin

namizədliyini irəli sürüb.

AKP İstanbul millət vəkili Nevzat Şatıroğlun ehtiyat namizəd kimi irəli sürülsə də, səsvermədən əvvəl namizədliyini geri götürüb.

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı öncədən AKP-nin namizədi Mustafa Şentopu dəstəkləyəcəklərini bəyan edib.

Qanunvericiliyə əsasən, birinci və ikinci turda parlamentdəki deputatlarının 2/3-nin, yəni 400 deputatın səsini almaq tələb olunur. Üçüncü turda parlamentdəki deputatların mütləq çoxluğunun, yəni 301 deputatın səsini almaq tələb olunur.

Üçüncü turda da seçki baş tutmazsa, bu turda ən çox səs alan iki namizəd dördüncü turda yarışmalı, ən çox səs alan namizəd parlamentin sədri seçilməlidir.

Gizli səsvermədə birinci və ikinci turlarda namizədlərin heç biri tələb edilən səsləri toplaya bilməyib. Mustafa Şentop üçüncü turda parlamentin sədri seçilib.

Qeyd edək ki, 6 avqust 1968-ci ildə Təkirdağda anadan olan Mustafa Şentop 1986-cı ildə Təkirdağ İmam Hatip Liseyini, 1991-ci ildə İstanbul Universitetinin Hüqüq fakültəsini bitirib.

Tələbəlik illərindən müxtəlif mətbu orqanlarda yazılar yazan Mustafa Şentop “Təklif Aylıq” hüquq jurnalının qurucuları sırasında yer alıb.

1988-1991-ci illərdə jurnalın baş redaktoru olub.

Doktorluq dissertasiyasının Mərmərə Universitetində mülki hüquq üzrə müdafiə edən Mustafa Şentop 2002-ci ildə doktor, 2005-ci ildə dossent, 2011-ci ildə professor olub, müxtəlif universitetlərdə müəllim kimi çalışıb.

Eyni zamanda İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin İstanbul şöbəsinin sədri olub.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.