2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mustafa Tayatı İlham Əliyevin əleyhinə danışmağa məcbur edib videoya çəkiblər

Keçmiş işçisi və maskalı şəxslər Mustafa Tayatı ölkə başçısının əleyhinə danışmağa məcbur edərək videoya çəkiblər

Türkiyənin tanınmış iş adamı, uzun illərdir Azərbaycanda da fəaliyyət göstərən Mustafa Tayatın şantaja məruz qalması ilə bağlı yeni detallar üzə çıxıb. Qeyd edək ki, bir müddət əvvəl Türkiyə mətbuatı Mustafa Tayatın işçisi Lətifə Məmmədova tərəfindən şantaj olunması barədə məlumat yaymışdı. Məlumatda deyilirdi ki, iş üçün İstanbula gələn sahibkar Lətifə Məmmədovanın dəvəti ilə onunla görüşüb.

Gənc qadın müdirini şəhərin Sarıyer bölgəsində yerləşən evinə dəvət edib. Mustafa Tayat da köməkçisi ilə birgə Lətifə Məmmədovanın evinə yollanıb. İş adamının gəlişindən bir müddət sonra qara maskalı, silahlı iki şəxs evə basqın edib. Onlar Mustafa Tayatın əl-qolunu bağlayaraq uyğunsuz fotolarını çəkiblər və 3 milyon lirə verməyəcəyi təqdirdə, onu Azərbaycanda biabır edəcəklərini deyiblər. Daha sonra iş adamını zorla maşına qoyaraq aparıblar. Yolda Mustafa Tayata işgəncə verən, onu şantaj edən silahlılar 3 milyonu tələb ediblər. Lakin iş adamının imtina etdiyini və dirəniş göstərdiyini görüb üstündəki 10 min türk lirəsini də alaraq yol kənarına atıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Polisə müraciət edən Mustafa Tayat keçmiş işçisinin tələsinə düşdüyünü deyib. Polis Lətifə Məmmədovanın evində axtarış aparıb, kamera görüntülərinə baxıb və evdən barmaq izləri götürüb. Artıq hadisə ilə əlaqəsi olan iki nəfər şübhəli şəxs qismində həbs edilib. Lətifə Məmmədova isə axtarışa verilib.

Türkiyə mətbuatının yaydığı yeni məlumatlarda isə bildirilir ki, Mustafa Tayat əslində Azərbaycanın dövlət başçısı İlham Əliyevlə şantaj edilib. Onun əl-qolunu bağlayaraq İlham Əliyevin əleyhinə sərt ifadələr işlətməyi tələb ediblər. İş adamı öldürüləcəyindən ehtiyatlanaraq deyiləni edib. Mustafa Tayat ölkə başçısının əleyhinə danışarkən onu videoya çəkiblər. Bildiriblər ki, əgər 3 milyon dollar verməsə, bu video Azərbaycana göndəriləcək və iş adamına ciddi problem yaradılacaq. Daha sonra isə onu yol kənarına atıblar.

Qeyd edək ki, Mustafa Tayat tekstil işi ilə məşğuldur və Azərbaycanda da öz adını daşıyan mağazalar şəbəkəsinə sahibdir.

Azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button