2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Mütəxəssislər Windows 11-də olan sistem tətbiqlərinin ümumi həcmlərini təyin ediblər

    Digər əməliyyat sistemləri kimi Windows 11 də özündə sistem tətbiqlərini birləşdirir və həmin tətbiqlər kompüterə standart olaraq quraşdırılır. İstifadəçilərdən bəziləri həmin tətbiqlərdən istifadə etdikləri bir vaxtda digərləri ilk imkan tapan kimi onları deaktiv edirlər. Bununla belə bəlkə də çoxlarını maraqlandıran məsələ Microsoft tərəfindən kompüterə quraşdırılan bu cür tətbiqlərin kompüter yaddaşında nə qədər yer tutmalarıdır. Oofhours adlı saytın hesabatı bu məsələyə aydınlıq gətirir.

Saytların yığılması Saytlarin yigilmasi

    Professional mühitdə geniş tələb olunan Powershell adlı alətdən və qəliz olmayan skriptdən istifadə edərək Windows 11-də əməliyyat sistemi ilə əlaqəli olan Microsoft tətbiqlərinin yaddaşda nə qədər yer tutduqlarını öyrənmək mümkündür. Oofhours saytı tərəfindən tərtib edilmiş həmin tətbiqlərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz. Ümumilikdə məlum olub ki, əməliyyat sistemi ilə əlaqəli olan Microsoft tətbiqləri yaddaşda o qədər də çox yer tutmurlar. Məsələn həmin tətbiqlərin arasında yaddaşda ən çox yeri tutanı Microsoft Teams olub. Onun həcmi 91 MB təşkil edir. Bununla belə bəzi tətbiqlərin həcmləri ümumiyyətlə KB göstəricisindədir. Microsoft tətbiqlərinin kompüter yaddaşında tutduqları ümumi yer isə 1.6 GB təşkil edir. 

24 saat” “Mütəxəssislər Windows 11-də olan sistem tətbiqlərinin ümumi həcmlərini təyin ediblər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button