2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Mütəllim Orucovun məhkəməsi özünün iştirakı olmadan başladı

Hakim təqsirləndirilən şəxsin növbəti prosesə də qatılmayacağını deyir

Readmissiya qaydasında Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra narkotik ittihamıyla həbs edilən daha bir nəfərin məhkəməsi başlayıb. Söhbət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mütəllim Orucovdan gedir. Onun işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyilə baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 2-də məhkəmənin hazırlıq iclası keçirilib. Lakin məhkəməyə Mütəllim Orucovun özü gətirilməyib. Hakim Fəhmin Hümbətovun sözlərinə görə, “mövzud şərait belə tələb edir”.

Mütəllim Orucovun vəkili Nemət Kərimli buna etiraz edib. Vəkil bildirib ki, şəxsin özünün məhkəməsində iştirak etmək, sual vermək, cavab almaq hüququ var. Mütəllim Orucov isə faktiki bu hüquqdan məhrum edilib. O, hətta onlayn qaydada da məhkəmə iclasına qatılmayıb.

“Azərbaycan İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə Dair Avropa Konvensiyasını ratifikasiya edib. Konvensiyanın 6-cı maddəsi hər kəsin ədalətli məhkəmə araşdırması hüququna təminat verir. Bu cür davranış ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır”, – vəkil bildirib.

Hakim qərarını dəyişməyib. Üstəlik deyib ki, iyunun 16-da baş tutacaq növbəti məhkəmə iclası da onlayn qaydada keçiriləcək. Yəni Mütəllim Orucov yenə məhkəməyə gətirilməyəcək.

“Elə hökmü də onlayn qaydada çıxarın, daha bizə nə ehtiyac var?”, – vəkil etirazını bildirib.

Mütəllim Orucovun yaxınları Meydan TV-yə bildirib ki, o, həbs olunandan bu yana ailə üzvlərilə görüşməyib:

“Ona qarşı xüsusi münasibət var. Tutularkən də dözülməz işgəncələrə məruz qalıb. Ona görə özünə heç bir aidiyyəti olmayan narkotiklə bağlı etiraf ifadəsinə imza atmaq məcburiyyətində qalıb”.

Nemət Kərimli Meydan TV-yə bildirib ki, müvəkkilinin işgəncəyə məruz qalmasıyla əlaqədar hələ aylar əvvəl prokurorluğa şikayət ediblər. Quba Rayon Prokurorluğu cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarıb. Quba Rayon Məhkəməsinə bu qərardan şikayət veriblər. Məhkəmə prokurorluğun qərarını ləğv edib. İndi prokurorluq yenidən işgəncə şikayəti üzrə araşdırma aparır.

İndiyədək Almaniyadan deportasiya edilən 6 nəfər həbs olunub. Onlardan 5-i haqqında cinayət işi başlanıb, 1 nəfərə isə inzibati həbs qərarı kəsilib.

Onların hamısı şərləndiklərini deyirlər. Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button