Now Reading:
Müxalifətin mitinq müraciətinə icazə verildi

Müxalifətin mitinq müraciətinə icazə verildi

Mitinq Mehman

Mehman Hüseynova dəstək məqsədilə keçirilən mitinq “Məhsul” stadionunda olacaq

Yanvarın 15-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurası və AXCP-nin birgə mitinq müraciətinə müsbət cavab verib.

Bloger Mehman Hüseynova dəstək üçün keçirilməsi planlaşdırılan mitinq yanvarın 19-u saat 15:00-da “Məhsul” stadionunda olacaq.

Müsavat Partiyası da Mehman Hüseynova dəstək mitinqi keçirmək istəyirdi. 

Ancaq BŞİH buna icazə verməmişdi.

AXCP sədri Əli Kərimli isə bütün siyasi qüvvələri bu mitinqdə iştirak etməyə çağırıb:

“Ölkədəki repressiyaya dayan “dur” demək istəyən bütün müxalif qüvvələr bu mitinqə qoşulsun”.

Mehman Hüseynov yanvarın 9-u Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Bu şikayətə əsasən, Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Rəşad VAQİFOĞLU

24saat.org

Input your search keywords and press Enter.