AZ24SAAT.ORG

Now Reading:
Müxalifətin növbəti birgə mitinqi təyin olundu

Müxalif qüvvələrin növbəti aksiyası 31 martda 15:00-da “Məhsul” stadionunda keçiriləcək. Mitinqin əsas şüarları “Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!” və “Siyasi məhbuslara azadlıq!” olacaq. 24saat.org xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli şəxsi “Facebook” səhifəsində bildirib. O  əlavə edib ki, növbəti mitinq həm də Bakıda ermənilərin törətdiyi Mart qırğınının 100 illiyinə təsadüf edir: “Biz bu mitinqdə “Erməni terrorunu lənətləyirik!”, “Beynəlxalq ictimaiyyət ermənilərin azərbaycanlılara qarşı soyqırımına hüquqi-siyasi qiymət versin!” tələblərini dә irəli sürəcəyik. Hər birinizi ümumxalq mitinqinə dəvət edirik! Mitinqə hamılıqla gəlin ki, dünya da, Azərbaycandakı rejim də səsimizi eşitsin!”

Qeyd edək ki, Milli Şura və Müsavat Partiyasının birgə mitinqi 10 mart 2018-ci ildə keçirilmişdi.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.