2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Müxalifət liderləri Qarabağa getsəydi…

Yaxud, hakimiyyət düşməni necə önə çıxarır?

Torpaqlarımızı işğal edəni, bu işğala “yaşıl işıq” yandıranı yaxşı tanıyırıq. Yəni, dost da, düşmən də bəllidir. Amma deyirlər ki, düşməni yaxşı tanımaq üçün onun zəif və güclü tərəflərini öyrənmək lazımdır.

Aprelin əvvəlində cəbhədə atəşkəs pozuldu və gərgin döyüşlər getdi. Ordumuz səngərdə əzmlə dayandı, düşmənə layiqli cavab verdi. Aprelin sonunda yenə də atəşkəs pozuldu və nəticədə yüzlərlə ev xaraba qaldı, dinc əhali düşmən gülləsinə tuş gəldi. Bəs, aprelin əvvəlində və sonunda Ermənistanda nə müşahidə olundu?

Saytların yığılması Saytlarin yigilmasi

Əvvəla, Ermənistanda Rusiya əleyhinə mtiniq-yürüşlər start götürdü, insanlar Rusiya qarşısında konkret tələblər qoydular və daha birmənalı dəstək istədilər. Bəli, Rusiyanın növbəti dəfə Ermənistanı xilas etməsinə, bu ölkəyə 200 milyonluq silah-sursat verməsinə baxmayaraq, erməni xalqı etirazını davam etdirdi. Ən mühümü isə hakimiyyət bu mitinqlərə əngəl olmadı, mitinq təşkilatçıları “vətən xaini”, “xuliqan” ittihamları ilə həbs edilmədi. Əksinə, hökumət xalqla həmrəy olduğunu, xalqın tələblərinə hörmətlə yanaşdığını nümayiş etdirdi.

Ikinci mühüm məqam Ermənistan prezidenti Sarkisyanın müxalifət lideri Levon Ter Petrosyanın evinə gedərək, Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi oldu.

Bugünlərdə isə Levon Ter Petrosyan işğal olunmuş əraziyə səfər etdi. Məlumata görə Petrosyan Xankəndində qondarma “DQR”-in “prezidenti” Bako Saakyanla görüşəcək.

Göründüyü kimi Ermənistan hakimiyyəti yaranmış gərgin vəziyyətdə həqiqətən həmrəylik üçün səy göstərir, müxalifətlə dialoqa girir, hətta müxalifət liderinin işğal olunmuş ərazidə görüş keçirməsinə imkan yaradır.

Azərbaycanda isə mənzərə tamam fərqlidir və bu “qara” mənzərini hakimiyyət yaradıb. Əgər Azərbaycanda Rusiya səfirliyi qarşısında hansısa təşkilat aksiya keçirsəydi, indi AzTv-lər bu təşkilatı ölkənin bir nömrəli düşməni kimi təqdim etmişdi, həbslər, təzyiqlər baş vermişdi.

Fakt budur ki, orduya bir mənalı dəstək verən, müharibə davam etdiyi müddətdə hakimiyyəti təftişdən imtina edən AXCP sədrinə qarşı iyrənc bir kampaniya başladı. Bəli, Ermənistan prezidenti müxalifətlə müharibə müzakirəsi apardığı vaxtda, Azərbaycan hökuməti müxalifət liderinə qarşı müharibə elan edir.

Hətta vəziyyət o həddə çatır ki, Əli Kərimlinin şəhid dəfnlərində iştirakını əngəlləmək üçün dəfnin vaxtını dəyişirlər. Belə olan halda siz Əli Kərimlinin cəbhə bölgəsinə getməsini, əsgərlərə ruh yüksəkliyi verməsini təsəvvür edə bilirsiniz? Əgər Əli Kərimlinin belə bir planı olsa hökumət bütün silah-sursatı ona qarşı çevirər.

Göründüyü kimi bizim zəif olduğumuz yerləri düşmən gücləndirməklə məşğuldu. Hansıki, bu addımı ilk növbədə Azərbaycan hakimiyyəti atmalıydı. Ölkə daxilində həmrəylik, səmimi mühit yaranmayınca, heç bir uğurdan söhbət gedə bilməz. Müxalifət liderini müharibə çağırışına görə hədəf seçirsənsə, deməli düşmənə böyük bir arqument verirsən. Düşmən başa düşür ki, qarşı tərəf döyüşməkdə maraqlı deyil, daxildəki həmrəylikdən narahatdır və ölkənin ən vicdanlı, vətənpərvər insanlarını sıradan çıxarmaqla məşğuldu.

Bəli, qaniçən, terrorçu Sarkisyan həlledici məqamlarda dövlətin maraqlarından çıxış edir və dünyaya da daxildəki normal vəziyyəti nümayiş etdirir.

Ona görə də hökumət erməninin xahişi ilə atəşkəs razılaşmasına getmək əvəzinə, xalqın xahişini yerinə yetirməlidir. Bugünə qədər Qarabağ münaqişəsinin ədalətli həll olunmaması şəxsi maraqların önə çıxmasıyla bağlı olub.

Bir daha sübut olunur ki, alternativləri sıradan çıxarmaqla, rəqiblərə qarşı iyrənc mübarizə metodları seçməklə yalnız müəyyən müddətə hakimiyyət kürsüsünü qorumaq olar, ərazi bütövlüyünü yox.

Təəssüflər olsun ki, düşmən bu mühüm məqamı dərk etsə də, Azərbaycan hökuməti hələ də qəflət yuxusundadır.

İlham, azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button