2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Müxalifət: Yerevan Qarabağda müharibənin nəticələrini tanıyan sənədi imzalamağa hazırlaşır

Bakı/02.09.21 Ermənistanın bir sıra müxalifətçi xadimlərini və təşkilatlarını birləşdirən Milli Demokratik Qütb bu gün bəyanatla çıxış edib və hakimiyyəti təslimçilik sazişini imzalamağa hazırlaşmaqda ittiham edib. 

Mövcud məlumata görə, Ermənistan hakimiyyəti sentyabr-oktyabr aylarında bir neçə antierməni sənəd imzalamaq niyyətindədir. Onlar 44 günlük müjaribənin nəticələrini tanımağa və leqallaşdırmağa yönəlib. Görünür, söhbət “Lavrov planı”nın reallaşmasından gedir, bu, Ermənistan üçün sarsıdıcı olacaq”, – bəyanatda deyilir.

“Milli Demokratik Qütb hakimiyyətin planları barədə məlumatlı olduğunu bildirir və erməni xalqının şüurlu və vətənpərvər hissəsini azadlıq mübarizəsi prosesinə başlamağa və öz iradəsini ölkə meydanlarında yeritməyə hazır olmağa çağırır”, – müraciətdə qeyd olunur. -02D-

Saytların yığılması Saytlarin yigilmasi

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button