2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Muxtar Babayev AFFA-dakı vəzifəsindən istefa verib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsindən istefa verib.

“Report”un məlumatına görə, bugünkü iclasda AFFA-nın İcraiyyə Komitəsi M.Babayevin istefasını qəbul edib. Qərara alınıb ki, milli assosiasiyanın növbəti Konfransınadək Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.

İclasda həmçinin Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatın davam etdirilməsi, 2018/2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyununun əsas komandanınkından 1 gün əvvəl keçirilməsi qərara alınıb.

Premyer Liqada gənc futbolçularla bağlı limit də tətbiq olunub. 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Birinci Divizionla bağlı isə AFFA-nın baş katibliyi İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etməlidir.

İclasda, həmçinin Azərbaycan milli komandası barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənilib, lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olunub.

Qeyd edək ki, Muxtar Babayev daha əvvəl “Sumqayıt”ın Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button