Now Reading:
Muxtarlı hadisəsi Gürcüstana qara ləkədir

Muxtarlı hadisəsi Gürcüstana qara ləkədir

20-dən artıq aparıcı beynəlxalaq təşkilat Gürcüstanın Baş naxirindın izahat tələb edir

Nüfuzlu beynəlxalq təşkilatlar Gürcüstana Avropa Birliyinin tələbini xatırladırlar və jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı şəffaf araşdırma aparmağa çağırırlar.
Beynəlxalq qeyri-hökumət təşkilatları baş nazirdən Muxtarlı işi ilə bağlı izahat istəyir. Gürcüstan hökumət administrasiyası artıq Brüsseldən müvafiq məktub alıb.
Müraciət müəlliflərinin əsas tələbi jurnalistin oğurlanması ilə bağlı şəffaf araşdırma aparıb suallara aydın cavab verməkdir.
“Biz hələ də baş nazirdən cavab almamışıq. Ola bilsin o işə ciddi yanaşır. Ancaq indi baş verənlər kədərlidir. Çünki Gürcüstan insan haqları sahəsində regionda aparıcı ölkə idi. İndi isə biz görürük ki, bu ölkədə repressiyaadan qaçıb gələn insanlar müdafiəsizdir. Artıq Gürcüstanda çoxları özlərin müdafiəsiz görür.
Bu situasiya Gürcüstan üçün qara ləkədir. Gürcüstan bu məsələni şəffafhəll edəcəyini sübut etməlidir. Hazırlanan qətnamə, Avropa Parlamentində planlaşdırılan debatlar göstərir ki, bu məsələ Avropanı narahat edir. Avropa Birliyi Gürcüstandan insan hüquqları müdafiəsinin yüksək standartını tələb edir”, – bunu “İnsan haqları uğrunda beynəlxalq tərəfdaşlıq” təşkilatının rəhbəri Bricit Düfor deyir.
Hazırkı mərhələdə Gürcüstanla bağlı söhbətin hansı kontekstdə getdiyi məlum deyil.
Məktubu aşağıdakı təşkilatlar imzalayıb:

Canadian Journalists for Free Expression
CEE Bankwatch Network
Civil Rights Defenders
Committee to Protect Journalists
Crude Accountability
English PEN
FIDH, within the framework of the Observatory for the Protection of Human Rights Defenders
Freedom Now
Human Rights First
Human Rights House Foundation
Human Rights Watch
Index on Censorship
IFEX
International Media Support
International Partnership for Human Rights
Institute for War and Peace Reporting
Netherlands Helsinki Committee
Norwegian Helsinki Committee
PEN America
PEN International
People in Need
Reporters Without Borders (RSF)
World Organisation Against Torture (OMCT), within the framework of the Observatory for the Protection of Human Rights Defenders

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.