2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Muxtarlının vəkilləri işin Baş prokurorluğa verilməsini tələb edir

Jurnalist Əfqan Muxtarlının maraqlarını qoruyan gürcü vəkillər tələb edir ki, təhqiqatı Gürcüstanın Baş prokurorluğu aparsın.

“Konstitusiyanın 42-ci maddəsi” təşkilatının sədri Arçil Çopikaşvili dəyişən şərtləri nəzərə alaraq bildirib ki, iş Köhnə Tbilisi rayon şöbəsi istintaqının çərçivələrindən kənara çıxıb. Çopikaşvilini sözlərinə görə, Əfqan Muxtarlının ailəsi və vəkilləri müvafiq tələblərlə Baş prokurorluğa müraciət etmək niyyətindədir.

Saytların yığılması Saytlarin yigilmasi

“Baş prokurorluğa müraciət edəcəyimizi istisna etmirik, belə ki, cinayətin baş vermə yerləri yalnız Gürcüstanda deyil, bu cinayət Gürcüstan ərazisindəki yollarda davam edib. O, Laqodexiyə qədərki büyün yollarda qanunsuz olaraq azadlıqdan məhrum edilib. Buna görə də işi təkcə Köhnə Tbilisi şöbəsi araşdırmalı deyil. Həmçinin, yeni şərtlər və məlumatlardan yola çıxaraq, bu cinayətlə əlaqəli olan rəsmilərlə bağlı istintaq başladıla bilər. Buna görə də biz prokurorluğun hərtərəfli təhqiqat aparmağınıı tələb edirik”, – Çopikaşvili bildirib.

Onun sözlərinə görə, azərbaycanlı jurnalistin həyat və sağlamlığının təhlükə altında ola biləcəyi istisna deyil.

“Dünən bizə məlum olub ki, oğrular güc orqanlarının formasını geyinib. Bu hal bizi düşünməyə vadar edir ki, böyük ehtimalla bu insanın həyat və sağlamlığı təhlükə altındadır. Mən edə bildiyim yalnız o oldu ki, Qırmızı Xaçın Bakı ofisi ilə əlaqə saxlayıb onlara bu məlumatı verim. Sonra biz aydınlaşdırdıq ki, Afqan Muxtarlı ilə görüşmək cəhdi olub, ancaq bürokratik əngəllərdən dolayı Qırmızı Xaçın nümayəndələrini onun yanına buraxmayıblar”, – Çopikaşvili deyib.

İlkin   

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button