2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Muzdlu qatil: deputatları, biznesmenləri havaya uçuran amansız KİLLER

O, uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Yaxşı  fiziki göstəriciləri və savadına görə həmyaşıdlarından fərqlənirdi. Odur ki, Ryazandakı məşhur Desant  Texnikomuna  daxil olmaq onun üçün çətin olmadı. Daha sonra xüsusi kəşfiyyat kursları keçdi.  Döyüşə aid nə vardısa hər şeyi  öyrənmişdi. İndi onu praktikada sınaqdan çıxarmaq lazım idi. Əfqanıstana təyinat aldı.

24 saat.org saytı bildirir ki, söhbət  əfqan müharibəsinin qəhramanı, başqırdıstanlı Ayrat Qimranovdan gedir. Ən çətin şəraidə 2 il kəşfiyyat taboruna rəhbərlik edən  Ayrat  Qırmızı Ulduz Ordeninə layıq görülür.

Əfqanıstandan sonra Qimranovu perspektivli zabit kimi  Leninqraddakı hərbi teknikomlardan birinə  məşqçi  təyin edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin 1988-ci ildə hər şey dəyişir.  Adi bir səhv, nizam-intizam komitəsi  onu silahlı qüvvələrin sıralarından xaric edir.

İşsiz qalan zabit heç bir yerə işə düzələ bilmir. Çünki  onun  bacardığı yeganə şey  öldürmək idi.  Bu tarixdən sonra onun həyatında  yeni dönəm başlayır.

Kriminal desant bandası

1991-ci ildə Qimranövun  kriminal  yolu başlayır. O, ətrafına  özü kimi  barıt iynəmiş keçmiş  desantçıları toplayır. Bu adi banda deyildi. Qimranovun dəstəsində  nizam-intizam olurdu. Gündəlik  məşqlər və fiziki göstəricilərin yüksək səviyyədə qalması da öz yerində. Keçmiş  əlaqələrindən istifadə edərək poliqonlarda  güllə atışı üzrə məşqlər də keçirdi.

Qimranov  necə maskalanmaq, qrimdən istifadə etmək , aktyorluq məharətlərinə yiyələnməyi də gündəlik məşqlərin siyahısına  daxil etmişdi.

Həmin vaxt  Qimranov Piterdə məşhur olan biznesmen, Sankt-Peterburqun ilk meri Sobçakın məsləhətçisi işləmiş Yuri Şutovla tanış olur. Şutov bu qüvvədən öz rəqiblərini sıxışdırmaq üçün istifadə etməyə başlayır.

Yuri Şutov

Banda fəaliyyətə kiçik  soyğunlardan və reketlikdən başlayır. Şutovun diktəsi ilə biznesmenlər oğurlanır, əmlakı talanır, aylıq haqq verməyə məcbur edilirdi.

Kimini güllə, kimini dinamitlə

Lakin kiçik işlər Qimranovu qane etmirdi. Sifarişli qətl barədə düşünürdü. Çünki bu, əsl qazanc mənbəyi idi. Həm də məsləyinə daha yaxın idi.

Ona ilk sifarişi spirt kralı sayılan biznesmen Alekseev verir. Bisnesmen  şəriyi  Timoxindən qurtulmaq istəyirdi.  Arzusuna da çatdı. Timoxin maşınında  gülləboran  edildi.  Alekseev şəriyindən  cəmi 3 ay çox yaşadı.  Qimranov  başqalarının sifarişi ilə onu da aradan götürdü.

Bu  biznesmenlərdən sonra Piterdə daha bir neçə  kommersant ard-arda  Qimranovun  bandası tərəfindən öldürüldü.

Vəzifəli şəxsləri və dövlət məmurlarını aradan götürəndə Qimranov  odlu silahdan yox, partlayıcı maddələrdən istifadə edirdi.

1998-ci ildə belə partlayışlar Sankt-Peterburqada bir neçə məmurun həyatına son qoydu. Onların arasında  yüksək çinli vergi məmuru Filippov, komitet rəhbərləri, bankirlər vardı.

Qimranov hətta  məşhur  jurnalist  Aleksandr Nevzorovu  aradan götürmək  haqda fikirləşirdi. Ancaq buna imkan tapmadı.

Çünki Sankt-Peterburqun vitse-qubernatoru  Mixail Maneviçin öldürülməsindən sonra  milis orqanlarının diqqətinə tuş  gəlmişdilər.

Qatilin planları

Banda iş başında tutuldu. Çox böyük sifariş almışdılar. Rusiya Dumasının deputatı  Şevçenkonu aradan götürməliydilər. Buna görə deputatın bağ evinə gedən yolda asfaltı qazıb trotillə doldurmuşdular. Partlayış olsa deputatın tikəsi ələ keçməyəcəkdi.

Məhkəmə

Əməliyyat zamanı Ayrat Qimranov və bandasının 16 üzvü tutulur. Qimranovun anbarından 30 dan çox avtomat silah və bir ton partlayıcı trotil tapılır. Bu silahlarla kiçik müharibə aparmaq olardı.

İstintaqda o da aydın olur ki, bu həbslə milislər bandanın sıravi üzvlərini xilas ediblər. Çünki  Qimranov deputatı öldürdükdən sonra  daha pula ehtiyacı olmayacaqdı. Kifayət qədər kapitalı vardı. Bu işlərdən ayrılmağı planlaşdırırdı. Şahid qalmaması üçün bandanın bütün üzvlərini öldürəcəkdi.

2006-cı ildə Ayrat Qimranov və Yuri Şutov ömürlük həbs cəzasına məhkum edildilər.

İlqar Atabəyli

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button