2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Mənim uşaqlığım, Mənim ölkəm: Əfqanıstanda 20 il“

“Mənim uşaqlğım, mənim ölkəm: Əfqanıstanda 20 il“ mükafatlara layıq görülmüş rejissorlar Fil Qrabski və Şoaib Şərifinin son sənədli filmidir. Qrabski Amerikanın Səsinin müxbiri Penelope Polouya bir əfqan gəncin uşaqlığından bu günə qədər Əfqanıstandakı həyatına həsr edilən film haqqında danışıb.

Fil Qrabski filmində gənc Mirin həyatını 2001-ci il 11 sentyabr hücumlarından sonra ABŞ və müttəfiq qüvvələrin Əfqanıstanı işğalından sonra izləməyə başlayır.

ABŞ-a 2001-ci il 11 sentyabr hücumlarından bir neçə ay əvvəl Taliban Əfqanıstanda dünyanın ən əhəmiyyətli arxeoloji yerlərindən biri olan Bamianda Buddaları məhv etmişdi. Qrabski bu hadisələrin münaqişənin olduğu ölkəyə necə təsir etdiyini görmək üçün Kabila gedir.

Saytların yığılması Saytlarin yigilmasi

Dağıntıları gəzərkən o, mağaralarda yoxsulluq içərisində yaşayan Mir və ailəsi ilə rastlaşır. Fil Qrabski: “Bu enerji, bu gümrahlıq, bu maraq – birdən düşündüm, əlbəttə ki, bu filmdir. Bu, gənc oğlanın həyatında önümüzdəki bir il ərzində baş verəcək hadisələrdir. Çünki bu, tamaşaçıları Əfqanıstanın gələcəyi haqqında düşündürəcək”.

Qrabski Mirin uşaqlıq coşqunluğu və nikbinliyinin yoxsulluq və ailədəkiməsuliyyəti altında yavaş-yavaş azaldığlnl deyir. “Məktəbə getmədiyim günlər olur. Şumlamasan yemək də olmaz” deyir Mir.

İllərlə kamera qarşısında qaldıqdan sonra indi iki uşaq atası olan Mir Kabilda operator olaraq çalışarır və kameranı özü götürür.

2017-ci il mayın 31-də Kabildə bomba partlayanda 250-dən çox adam öldü, yüzlərlə insan yaralandı. Xoşbəxtlikdən Mirə zərər dəymədi. “Hər səfərimizdə maşınlarımızın təkərlərini, altını yoxlamalı olurduq, çünki Taliban bunu edirdi. İŞİD Əfqanıstanda jurnalistlərə, hakimlərə və seçki rəsmilərinə bomba hücumları edirdi. Demək istəyirəm ki, bu dəhşət idi” deyə, Qrabski bildirir.

Qrabski deyir ki, son vaxtlar Əfqanıstanda olmayıb. Orada film çəkmək artıq qərblilər üçün təhlükəsiz deyil. Orada çəkilişləri əfqanıstanlı rejissor Şoaib Şərifi davam etdirir. Ora onun üçün belə təhlükəsiz deyil. Mir Hüseyin: “Müharibə olacaq, çünki Talibanı dayandırmaq olmaz. Xarici qoşunlar olanda qarşıdurmaların qarşısı alınırdı, təhlükəsizlik təmin edilirdi.”

Mirin həyat yoldaşı: “Onlara məhəl qoymayan qadınlar cəzalandırılır. Hicablılar üçün yaxşı olacaq. Taliban özünün əsl müsəlman olduğuna inanır. Çox zalım və qəddar olacaqlar”.

Fil Qrabski: “Çox cəsarətli və cəsur qadınlarla tanış oldum. Əfqan qadınları başqadır və bunu indi də nümayişlərdə göstərirlər. İnanılmazdır. Onlar dəstəyə layiqdirlər.”

Qrabski deyir ki, “Mənim Uşaqlığım, Mənim Ölkəm: 20 il Əfqanıstanda” filmi demək olar ki, 20 il davam edən bir sevginin əməyidir. Film Əfqanıstanı və onun xalqını formalaşdıran qüvvələri təsvir edir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button