“Nə qədər ki, Arif Alışanov AzTV-yə rəhbərlik edəcək,..”

Fevralın 14-ü Azərbaycanda televiziyanın kütləvi yayıma başladığı gündür. Həmin tarixdən düz 61 il keçir. Azərbaycan televiziyası (AzTV) bu əlamətdar gün ərəfəsində hansı problemləri yaşayır, telekanallarımızın durumu necədir? Tamaşaçılarımız nəyə görə yerli kanallara, o cümlədən AzTV-yə baxmırlar?
Moderator.az-ın əməkdaşı bu və ya başqa suallarla teleradio tarixinin tədqiqatçısı, media eksperti, professor Qulu Məhərrəmliyə müraciət edib.
– Qulu müəllim, istərdim söhbətimizə dünən və bu gün mediada yayılmış məhkəmə xəbəri ilə başlayaq. Bir ilə yaxın çəkən məhkəmə nəticə etibarilə AzTV sədrinin iddiasını təmin etməyib. Özünüzü qalib kimi necə hiss edirsiniz?
– Bilmirəm ki, siz söhbəti niyə bu sualla başladınız, məncə, qeyri-adi heç nə baş verməyib. Deməliyəm ki, bu məhkəmədə söhbət qalib və ya məğlubdan yox, yalnız zərər çəkmiş, zədələnmiş insan münasibətlərindən gedə bilər. AzTV sədri tənqidə dözümlü yanaşmalı idi. Onun məhkəməyə müraciəti də, ondan əvvəl düzəltdiyi tragikomik şou da tamamilə mənasız bir şey idi. Bu qədər!
– Amma jurnalistlər gözləyir ki, siz hər halda asan olmayan bu məhkəmə barədə geniş açıqlama verəsiniz.
– Məhkəmə barədə mediada davamlı materiallar gedib, çoxlu xəbər, müsahibə, araşdırma və rəylər çap olunub. Hətta, dostlardan biri bunları toplayıb diffamasiya kontekstində bir kitab hazırlamaq fikrinə düşüb. Düzdür, burada xeyli gizli laylar da var, amma mən hələlik bu barədə danışmaq istəmirəm.
– Elə isə keçək əsas mətləbə. Ötən il saytımıza verdiyiniz müsahibədə telekanalları, xüsusilə də AzTV-ni ciddi tənqid etmişdiniz. Ötən bir ildə nə dəyişib, indi teleməkanda vəziyyət necədir? 
-Yaxşı cəhət odur ki, ötən il biz ölkəmizdə radionun kütləvi yayıma başlamasının 90, televiziyanın 60 illiyini qeyd etdik. Bu yubileylər teleradionun cəmiyyət həyatındakı rolunu, mədəniyyətimizin, musiqi sənətimizin, ana dilimizin inkişafındakı əhəmiyyətli rolunu və təsirini bir daha qabarıq şəkildə göstərdi. Azərbaycan teleradiosunun tarixini tədqiq etmiş bir adam kimi bu yubileylər məndə xeyli xoş duyğular yaratdı.
– Deyəsən, bu yubileyin keçirilməsi ilə bağlı siz belə bir ifadə işlətmişdiniz ki, “AzTV-nin keçmişi var, bugünü yoxdur, sabahı isə qaranlıqdır”.
– Mən bu sözləri bir az başqa cür, həm də yubiley proqramının qüsurlu tərtibi və ssenarisi barədə demişdim. Həqiqətən, o tərtibat və təqdimatdan, xüsusən vizual materiallardan,  belə təsəvvür yaranırdı ki, teleradionun parlaq keçmişi var, amma bugünü və sabahı yoxdur. Xüsusən müstəqillik dövrünün çoxşaxəli teleradio sistemi və yaradıcılıq uğurları görünmədi. Hərçənd, AzTV-nin bu günü və gələcəyi ilə bağlı sözləri, elə siz deyən mənada da qəbul etmək olar. Nə qədər ki, dövlətin büdcədən maliyyələşdirdiyi və hər cür qayğı göstərdiyi bu kanala Arif Alışanov kimi səriştəsiz və yaradıcılıqdan uzaq adam rəhbərlik edəcək, ölkənin əsas televiziyası elə bu vəziyyətdə olacaq.
– Bəzən AzTV-nin verilişlərini elə ağır cümlələrlə tərif edirlər ki, adam bilmir ekranda gördüyünə inansın, yoxsa bu yazılara? 
– Siz boğazdan yuxarı tərifləri, şit yubiley yazılarını və  məqsədli tərifləri bir yana qoyun, reallıq başqadır: bu gün AzTV baxılmır, çünki verilişlərin əksəriyyəti auditoriyanı maraqlandırmır, bəsit, quru və cansıxıcıdır. Televiziyanın ölçüləri kiçilir, yaradıcılıq miqyası daralır, verilişlərdə sxematiklik artır, dilin süniləşməsi prosesi gedir, yaxşı ənənələr itir, proqramlar lağ obyektinə çevrilir. O boyda telekanal bir babat sayt qədər auditoriya toplaya bilmir. Əsas səbəb yaradıcı mühitin olmamasıdır.
Baxın, dövlətin ayırdığı  milyonlara yaxşı texnika da almaq, əla dekorasiya da qurmaq mümkündür. Amma həmin texnikaya ruh verən, dekorasiyaya məna gətirən yaradıcı insandır, AzTV-də, məhz həqiqi yaradıcı insan, yaradıcılıq enerjisini məharətlə yönəldən prodüser və menecer çatmır. On illik acı təcrübə göstərdi ki, indiki sədrdə belə bir qabiliyyət yoxdur.
– Bəs dövlətin ayırdığı milyonların müqabilində niyə babat verilişlər hazırlanmır, hələ bir əməkdaşlar maaş almamaqdan və ya onun azlığından şikayətlənirlər…
– Sualın ikinci hissəsindən başlayaq. Maliyyəçi sədrin rəhbərlik etdiyi son on ildə AzTV-nin illik büdcəsi 12 milyondan 38 milyon manata çatdırılıb. Qurum bu dövrdə dövlət büdcəsindən dollar qarşılığı ilə təxminən 660 milyon manatdan çox vəsait alıb. Paradoks budur ki, büdcə pulu artsa da əməkdaşlarnın sayı iki dəfə azaldılıb. Düzdür, xüsusi saatları çox olmayan (əsasən təkrar verilişlər yayımlayan) Mədəniyyət və İdman kanalları açılıb, amma əvəzində əməkdaşların 70 faizi maaşdan məhrum edilib, qonorar və quruluş haqları üç dəfə azaldılıb, böyük vəsait tələb edən televiziya filmləri, orijinal tamaşalar, dram səhnələşdırmələri, kütləvi verilişlər və s. yoxa çıxıb.
AzTV əhlinin öyündüyü bəzi baxımlı verilişlərin bu kanala dəxli yoxdur, kənarda  hazırlanır. Məsələn, “Çto, Qde, Koqda?” Rusiyanın eyni adlı verilişidir və prodakşn vasitəsilə ərsəyə gəlir. Məşhur muğam müsabiqələri H.Əliyev Fondunun təşəbbüsü və yardımı ilə hazırlanır. “Mən azərbaycanlıyam” və həftədə 5 gün efirə çıxan “Müasir Azərbaycan gəncliyi”(MAG) proqramları da AzTV-nin məhsulu deyil, Gənclər və İdman nazirliyinin təşəbbüsü və maddi yardımı ilə ortaya çıxır.
– Nədənsə, “Səs Azərbaycan”ı demədiniz. Bütün dünyada uğurlu layihə olduğu halda, deyəsən AzTV bunu da korladı.
– Ötən il mənə aramsız hücumlarda Alışanovun “peşəkarlığı”ndan və kanalın uğurlarından dəm vuranlar, əsasən “Səs Azərbaycan”ı gözə soxurdular. Adını peşəkar qoyub uğur nümunəsi kimi “Səs Azərbaycan”dan danışmaq biabırçılıqdır. Axı bu beynəlxalq layihədə yaradıcılıq adına AzTV-lik nə var ki? İngilis ideyanı, holland formanı verib, italyan rejissuranı, ukraynalı operator işini tənzimləyir. Bəyəm biz o günə qalmışıq ki, texniki icra ilə öyünək?! İştirakçılarının, əsasən  xarici mahnılar ifa etdikləri “bu verilişdən nə qazandıq” sualı üzərində düşünən yoxdur, əvəzində  sədrin hansısa yaxın qohumunun burada nə qədər pul qazanması müzakirə mövzusudur.
İkincisi, dövlətdən maliyyələşən heç bir rəsmi telekanal, məsələn, TRT, yaxud RTR kimi kanallar ömründə belə layihələrə məhəl qoymaz, pul xərcləməz. Yalnız bəsit təfəkkürlü adamlar dövlətin pulunu havaya sovurması ilə öyünə bilər.
– Doğurdanmı AzTV-nin texniki imkanları tərifləndiyi qədərdir?
– Bəli, dövlətin büdcədən ayırdığı pullar sayəsində müstəqillik dövründə bu telekanalın texniki bazası gücləndirilib, xüsusən Gürcüsan və Ermənistanla müqayisədə bizim böyük üstünlüklərimiz var. Amma nə qədər paradoks olsa da, bu texniki imkanların müqabilində AzTV hələ ultra-HD sisteminə, yəni rəqəmli yayım formatna keçə bilməyib, bu yöndə iş aparılmayıb. Alınan çox bahalı rəqəmli kameralar illərdir ki,  anbarlarda yatıb qalıb, istehsalata verilməyib.
Teleməkanda yalnız CBS (eləcə də CBS sport) və ATV kanalı vaxtında tam rəqəmli yayıma keçib. Bu formata  iki ay əvvəl keçmiş AzTV isə hələ uzun illər xaricdən kaset alırdı. Bir araşdırmada rast gəldim ki, Alışanov son beş ildə təxminən 600 min manatlıq kaset alıb,  mütəxəssislər hesablamışdılar ki, əvvəla, bu sayla günə 82 kaset düşür, ikincisi isə bu qədər kaseti saxlamağa 3-4 böyük anbar lazımdır. Aydındır ki, bu alış-verişin arxasında hansı məqsəd dayanır? Yəni burada TV-nin gələcəyi, strateji düşüncə öndə deyil, ona görə yaradıcılıq məsələləri arxa planda qalır.
Mən hələ onu demirəm ki, dövlətdən külli miqdarda vəsait alan bu TV öz proqramlarını çap eləmir, adını da qoyur ki, proqram qəzeti bağlanıb, sadəcə rüsvayçılıqdır. Bu təfəkkürlə televiziyanı hara aparmaq olar?
– Axı AzTV-nin bəzi verilişləri haqqında müsbət fikirlər də yazılır, siz bunlarla razısınız?
– Əlbəttə, yaxşı verilişlər haqqında yaxşı danışılmalıdır. Məsələn, son aylarda Mədəniyyət kanalında müəyyən canlanma, bəzi maraqlı verilişlər görürəm. Portret xarakterli olsa da “Sevilənlər” verilişi üzərində yaradıcı iş dərhal görünür. Yaxud “Məclisi-üns” kimi nümunə var və bu veriliş ona görə yaxşı izlənir ki, ideyası, forması, rejissurası, xüsusən aparıcısı və dəvət olunan qonaqları maraqlıdır. Bir az milli “hayd park”a oxşasa da, veriliş özünün xoş aurası, yaradıcı enerjisi ilə tamaşaçını cəlb edir. Bütövlükdə AzTV ekranında, məhz bu təbiilik və yaradıcı enerji çatmır. Buna görə zahiri parıltılara baxmayaraq, bəzi istisnalarla telekanalda yaradıcı həyat ölü gündədir. Halbuki bu telekanalda mənim də tanıdığım çoxsaylı istedadlı jurnalistlər, rejissorlar var, amma nədənsə bu insanlara yaradıcılıq meydanı verilmir, əvəzində başqa istedadsız “sevimli” və “fərasətlilər” meydan sulayır.
Əlbəttə, mən AzTV şəraitində siyasi proqramlar hazırlamağın çətinliklərini, belə proqramlara verilən tələbləri, bunun üçün hansı yüksək hazırlığın olmasını anlayıram. Bəs maraqlı elm, tədris proqamlarına, öyrədici verilişlərə nə söz? Cəmiyyəti düşündürən problemlərə dair söhbətlər, diskussiyalar niyə hazırlanmasın?
– Son illərdə A.Alışanovun bir taktikası da ondan ibarətdir ki, başqa telekanalda reytinq qazanmış proqramları və aparıcıları pulla şirnikləndirib AzTV-yə gətirməsi də yaxşı qarşılanmır. Buna necə baxırsiz?
– Burada iki məqam var: zövq və əxlaq. Ekranda vaxşı veriliş görmək istəyi zövq məsələsi, özəl telekanallarda uğur qazanmış reytinqli verilişlərin komandasını pulla şirnikləndirib  yoldan çıxarmaq isə əxlaq problemidir. İTV-dən “Ovqat” verilişini qoparmaq pis nümunə idi, ATV-dən “Nanəli”ni qoparmaq cəhdi də eləcə. Halbuki AzTV-nin özündə bunlardan da parlaq format qura biləcək yaradıcı adamlar var, sadəcə oların ruhi azadlığı sədr üçün arzulanan deyil.
Hamı istəyərdi ki, AzTV-nin öz beyin mərkəzində düşünülən, yüksək peşəkarlıqla ərsəyə gələn, müasir standartlara cavab verən, cəmiyyətədə maraq və rezonans doğuran, maaarifləndimə işini səmərəli şəkildə reallaşdıran verilişlər olsun. Təəssüf ki, belə beyin mərkəzi iflic olub, düşünənlər də Alışanov tezliyinə kökləndiyi üçün ortaya bir şey çıxara bilmirlər.
 
– Hadisələrin gedişi göstərdi ki, A.Alışanov İTV-də  də söz sahibidir. Sizcə, bu, qeyr-normallıq deyil?
– Bu kontekstdə işlətdiyiniz “qeyri-normallıq” sözü çox incə səslənir. İTV-nin qurulması üçün müəyyən faydalı işlər görmüş İ.Ömərovdan sonra gələn rəhbərin dövründə bu kanalın da kadr və maliyyə işlərinin Alışanovun patronajı altına keçməsi çox kədərlidir. Həmin dönəmin təhlilindən bəlli olur ki, bu kanalın onsuz da ürəkaçan olmayan, özəl kanallara prinsipal şəkildə uduzan reytinqi Alışanovun komandasının gəlişi ilə 30 faizədək aşağı düşüb. Aydınca görünür ki, İTV-nin mənəvi siması da dəyişib. Məncə, kadr işləri və maliyyə məsələlərində nə baş verdiyini, AzTV sədrinin buralarda hansı “şücaətləri” göstərdiyi yəqin ki, nə zamansa ciddi araşdırlacaq.
– Belə çıxır ki, siz bir sədr kimi A.Alışanovun çoxşaxəli “istedadı” barədə öz fikirlərinizdə qalmısınız…
– Sizə deyim ki, mən bu adamı heç bir istehza olmadan istedadlı hesab edirəm. Alışanov istedadsız olsaydı, bu qədər pul qazanmaz, saysız-hesabsız yoxlamalardan, istintaqlardan quru çıxıb, bu imic və bioqrafiya ilə sədr ola bilməzdi. Adamlara tələ qurmaq, tabeliyindəkiləri bir parça çörəyə görə rəzil etmək, onları daim qorxu içində saxlamaq, şəxsiyyəti olanları alçaltmağa çalışmaq – bunlar Alışanov istedadının cüzi bir hissəsidir. Və mən məhkəmə çıxışlarımda bu barədə ətraflı danışmışam…

Paylaş:

Azərbaycanda güclü zəlzələ olacaq – PROQNOZ

Sonrakı Yazı »

ABŞ səfiri Xocalı köçkünün evinə getdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

BİZİMLƏ ƏLAQƏ

SON XƏBƏRLƏR

  • Bakı şəhər Səhiyyə İdarəsindən əlillik almaq istəyənlərlə bağlı absurd qərar

    3 həftə ago

    “Əlilliyin təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün poliklinikaya müraciət edən zaman absurd imtina cavabı ilə üzləşdik”. Bunu saytımıza müraciət edən Bakı şəhər sakini Aynur ...

    Ətraflı
  • Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

    2 ay ago

    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü münasibətilə 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb. Bu barədə Mərkəzi Bankın ...

    Ətraflı
  • Məşhur azərbaycanlı ekstrasens güllələndi – FOTO

    2 ay ago

    Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.Anews.az xəbər verir ki, BAKU.WS-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus ...

    Ətraflı
  • ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək

    2 ay ago

    Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ senatına Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın impiçmenti prosedurunun keçirilməsi vaxtı aşkarlanmış səhvlərin olduğu qətnaməni təqdim etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu ...

    Ətraflı
  • Nazir: “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”

    2 ay ago

    “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə Prezident İlham Əliyevin yanında keçirilən ...

    Ətraflı
  • KİVDF-yə ayrılan vəsait artırılır

    2 ay ago

    2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri gələn ay parlamentdə müzakirəyə çıxarılacaq 2020-ci ilin büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ...

    Ətraflı
  • Məhkəmə baş redaktorla bağlı şikayəti rədd edib

    2 ay ago

    Anar Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmayıb Oktyabrın 24-də Yasamal Rayon Məhkəməsi “Lombard N:1”in sahibi Məlahət Qurbanovanın “criminal.az” saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ...

    Ətraflı
  • “Kəndimizin örüş sahələri satılıb” – Ağsudan şikayət

    2 ay ago

    Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə bələdiyyələr tərəfindən icarəyə verilib.  “Sözügedən ərazi kənd ...

    Ətraflı
  • Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu

    2 ay ago

    Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı 162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər ...

    Ətraflı
  • Trump Türkiyə üzərindəki bütün sanksiyaların qaldırıldığını deyir

    2 ay ago

    Prezident Donald Trump oktyabrın 23-də bəyan edib ki, bir neçə gün bundan əvvəl Türkiyənin üzərinə qoyulmuş bütün sanksiyalar qaldırılır. Bu sanksiyalar Türkiyə ordusunun Suriyanın şimalındakı kürd qüvvələrinə hücumu ilə ...

    Ətraflı
  • Hindistanın vitse-prezidenti Bakıya gələcək

    2 ay ago

    Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün Bakıya gələcək. “Report” xəbər verir ki, o, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində Hindistanın nümayəndə heyətinə rəhbərlik edəcək. Qoşulmama Hərəkatının sammiti zamanı təşkilata sədrlik üç ...

    Ətraflı
  • Zahid Oruc: ‘İslahatların sürəti prezidentin iradəsinə bağlıdır’

    2 ay ago

    Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosuna prezidentin son sərəncamları haqda deyib: – Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən elan etdiyi mühüm dövləti idarəetmə sistemindəki konsepsiyanı mərhələ-mərhələ həyata keçirməkdədir. ...

    Ətraflı
  • İlham Əliyev bunu da etdi

    2 ay ago

    Ramiz Mehdiyevi Elmlər Akademiyasına təpişdirdi Milli Şuranın sədri, tarixçi alim, professor Cəmil Həsənli dünən Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad eilən Ramiz Mehdiyevin Elmlər Akademiyasına prezident “seçilməsinə” münasibət ...

    Ətraflı
  • Ramiz Mehdiyev vəzifəsindən azad edildi

    2 ay ago

    Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib. ...

    Ətraflı
  • Mikayıl Cabbarov birləşdirilən 4 qurumun rəhbəri oldu

    2 ay ago

    Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib. Bundan başqaİlham Əliyev Fərman ...

    Ətraflı
  • 19 oktyabr zorakılığı ilə bağlı ictimai dinləmə olacaq

    2 ay ago

    Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətin 19 oktyabrda törətdiyi zorakılığı ictimai müzakirəyə çıxarır. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat paylaşıb. O.Gülalıyev feysbuk səhifəsində yazıb: “19 oktyabr ...

    Ətraflı
  • İstiqlalçı millət vəkilinin üzərində polis vəhşiliyinin izi FOTO

    2 ay ago

    19 oktyabr mitinqində polis vəhşiliyinə məruz qalanlardan biri də Milli Şura Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı millət vəkili İbrahim İbrahimli olub. Sosial şəbəkələrdə onun boğaznda polis zorakılığının izi ...

    Ətraflı
  • Şahin Mustafayev istirahətə göndərildi; Onun yerinə kim gətiriləcək?

    2 ay ago

    Öncə bu sualı cavablandıraq ki, baş nazirin müavini yüksək vəzifədir, yoxsa iqtisadiyyat naziri? Azərbaycan standartları ilə ölçsək birmənalı şəkildə nəinki iqtisadiyyat, hətta energetika naziri vəzifəsi də baş ...

    Ətraflı
  • Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

    2 ay ago

    Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. İlkin məlumata görə, əsgər ...

    Ətraflı
  • “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar dayandırılsın”

    2 ay ago

    İnsan haqları komissarı polis zorakılığından narahatdır “Ötən həftənin sonu Bakıda icazəsiz mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıdılması polisin davranışı və insanların Azərbaycanda dinc etiraz nümayiş etdirmək hüququ ilə ...

    Ətraflı
  • Döyənlər və döyülənlər: Güc tətbiqi kimə nə qazandırdı? – İlkin Rüstəmzadə

    2 ay ago

    Tarix hər bir epizodda tətbiq oluna biləcək hazır reseptlər verməsə də, analogiyalar üzrə yaxşı-yaxşı öyrədir. Ağıllı adamlar və güc sahibləri bu dərsləri təkrar-təkrar oxuyur, ondan dərs çıxartmağa ...

    Ətraflı
  • ABŞ səfirliyi müxalifətin aksiyası ilə bağlı bəyanat yaydı

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasına dair bəyanat yayıb. Bəynatda qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının bəyanatına dəstək verərək oktyabrın ...

    Ətraflı
  • Hacıbala Abutalıbov və Əli Həsənov vəzifəsindən azad edildi

    2 ay ago

    24saat.org saytı president.az saytına istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin 21 Oktyabr 2019-cu il tarixində imzaladığı sərəncamlara əsasən Baş nazirinin iki müavini Hacıbala Abutalıbov və ...

    Ətraflı
  • Mirşahin xarici diplomatların səs yazısını yaydı – VİDEO

    2 ay ago

    Mirşahin rəhbərlik etdiyi telekanalda Milli Şura üzvü Gültəkin Hacıbəyli ilə ABŞ və Avropa İttifaqı üzvü olan diplomatların qeyri-qanuni yolla əldə edilmiş səs yazısını yayımlayıb. 20.10.2019-cu ildə “Real ...

    Ətraflı
  • AXCP sədri Əli Kərimli həbs olunub

    2 ay ago

    Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimli zorla maşına mindirilərək naməlum istiqamətə aparıldığı bildirilir. Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ...

    Ətraflı
  • Ərdoğan Trampın tvitinə cavab verdi: “Qalib gəlsək…”

    2 ay ago

    Prezident Ərdoğan ABŞ Prezidenti Donald Trampın sosial mediada yaydığı açıqlamaya cavab verib. Qaynarinfo xəbər verir ki, Ərdoğan Trampın “Milyonlarla insanın canı qurtaracaq” sözlərinə cavab olaraq öz tvitter hesabından ...

    Ətraflı
  • Nazir: “Gələn il pensiyaların orta aylıq məbləği 293 manat olacaq”

    2 ay ago

    “Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır”. az24saat.org xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi ...

    Ətraflı
  • Bir neçə rayonun qaz təminatında fasilə yaranacaq

    2 ay ago

    Oktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, ...

    Ətraflı
  • Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur

    2 ay ago

    Məktəbdə dərsliklərin istifadəsi dörd il üçün nəzərdə tutulur. az24saat.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.  Onun sözlərinə görə, ...

    Ətraflı
  • Trump: “Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız”

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trump cümə axşamı günü “öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar, sonra da gedib ayıracaqsınız” deyib. O, bunu Texas-da keçirilən ...

    Ətraflı
  • Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir

    2 ay ago

    Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də Sovet rejiminin dağılma ərəfəsində Azərbaycan Ali Sovetində imzalanan “Müstəqillik Aktı” ilə dövlət müstəqilliyi bütün dünyaya bəyan ...

    Ətraflı
  • Vilayət Eyvazov generalı təqaüdə göndərdi

    2 ay ago

    Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. az24saat.org  “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, ...

    Ətraflı
  • Siyavuş Novruzov: “Prezidentin xəbərdarlıq etdiyi məmurlar istefa verməlidir…”

    2 ay ago

    “Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim ...

    Ətraflı
  • Yeni agentlik yaradılıb

    2 ay ago

    Oktyabrın 16-da Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.Bu barədə prezident İlham Əliyev oktyabrın 16-da fərman imzalayıb.Sənədə əsasən, «Azərbaycan Respublikasında bir sıra ...

    Ətraflı
  • Daha bir yol bağlanıb – RƏSMİ

    2 ay ago

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb.  Bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ...

    Ətraflı
  • “Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edirik”-bəyanat

    2 ay ago

    Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal ərazisinə müdaxiləsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda göstərilir: “Türkiyə rəhbərliyi dövlətin təhlükəsizliyi və maraqları baxımından mühüm qərar ...

    Ətraflı
  • Davamı

    Daha Çox