Loading...
Loading...
İqtisadiyyat

Nəhəng “yaşıl” hidrogen layihəsi təsdiq olundu

Tamara Mustafayeva, Banco.az

Çin nəhəng “yaşıl” hidrogen layihəsinə razılıq verib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çin yenilənən enerjidən istifadə edilməklə il ərzində 66 min 900 ton “yaşıl” hidrogen istehsal edəcək zavodun Daxili Monqolustan Muxtar Rayonu ərazisində inşa edilməsini nəzərdə tutan layihəni təsdiq edib. 

Günəş və külək enerjisi ilə işləyəcək bu zavod illik əsasda 66 min 900 ton “yaşıl” hidrogen istehsal edəcək. Həmin miqdarda “yaşıl” hidrogen istehsal etmək üçün isə sözügedən müəssisə dünyadakı bütün elektrolizator istehsalından daha artığına ehtiyac duyacaq.

Qeyd edək ki, layihənin icrasına bu ilin oktyabr ayında başlanması və zavodun 2023-cü ilin ortalarınadək istifadəyə verilməsi planlaşdırılır.

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  "Dilənçiyə" çevrilirlər: 84 milyard dollar zərər, siyahıda Ələkbərov da var

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button