Cəmiyyət
Nərimanov və Nizami rayonlarının yeni başçıları kollektivə təqdim olunub

Xəbər verdiyimiz kimi, fevralın 18-i Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə Bakının Nərimanov və Nizami rayonlarına yeni icra başçıları təyin olunub.
Ötən gün yeni icra başçıları Elgin Həbibullayev (Nərimanov rayonu) və Coşqun Cəbrayılov (Nizami rayonu) Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən kollektivlərinə təqdim olunublar.
Rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini yeni icra başçılarına çatdırıb.
Elgin Həbibullayev və Coşqun Cəbrayılov onlara göstərilən etimada görə minnətdarlığını bildiriblər.
virtualaz.org