ÖLKƏ

Nərminin qətli: təqsirləndirilən şəxsin ailəsi ittihamı rədd edir

nərmin

“Cinayəti işgəncə altında etiraf edib; Dedilər səsini kəs, yoxsa səni də onun yanına basarıq”

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı qızın qətlində şübhəli bilinən İlkin Süleymanovun ailə üzvləri ona verilən bu ittihamı qəbul etmirlər.

47 yaşlı kənd sakini İlkin Süleymanov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Noyabr ayında itkin düşmüş Nərmin Quliyevanın cəsədi yanvarın 6-da tapılıb.

Baş Prokurorluq bildirb ki, İlkin Süleymanov “törətdiyi əməli tam etiraf edib”.

nərmin tovuz ile ilgili görsel sonucu
Təqsirləndirilən İlkin Süleymanov

Mərhum azyaşlının atası Şərif Quliyev BBC News Azərbaycancanın müxbirinə yalnız bunu bildirib ki, o, qızının “qatilinin tapılmasını istəyir”. Şərif Quliyev qızı itkin düşəndən sonra kənddə axtarış aparıldığı zaman İlkin Süleymanovun yaşadığı evə baxılmadığını deyir: “Onlar hörmətli ailə idi, ayıbdı, qonşudur deyə onların evi axtarılmadı”.

İlkin Süleymanovun bacısı İlhamə Süleymanova BBC News Azərbaycancaya açıqlamasında iddia edib ki, qardaşı cinayəti “işgəncə altında” etiraf edib.

“Eşitdiyimə görə, qardaşımı döyüblər. İkinci dəfə deyib ki, mənim xəbərim yoxdur, məni günahlandırırsınız, amma birinci dəfə deyib hə, bunu belə elədim. Ekspertiza gəlib məndən soruşdu ki, sən qardaşının xəttini bilirsənʔ Baxan kimi dedim, bu onun xətti deyil. Mənə qışqırdı ki, səsini batır, yoxsa səni də onun yanına basaram”, cinayətdə ittiham olunan İlkin Süleymanovun bacısı iddia edib.

Onun sözlərinə görə, ailə üzvləri istintaqın 10 yaşlı qızın saxlanıldığını göstərdiyi otağa və evdəki ərzaq anbarına 40 gün ərzində bir neçə dəfə daxil olaraq müxtəlif əşyalar götürüblər və “orada gizlədilən heç nə görməyiblər”.

İlhamə Süleymanova qardaşının hər hansı psixoloji problemi olmadığını, hər hansı psixoloji-nevroloji dispanserdə qeydiyyatdan keçmədiyini və kənd sakinləri ilə hər zaman “yaxşı davrandığını” deyir.

Baş Prokrorluöun mətbuat xidmətindən BBC News Azərabycancaya bildirilib ki, cinayətdə ittiham olunan İlkin Süleymanova qarşı işgəncə hallarından “söhbət belə gedə bilməz”.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close