24saat.org Nəvəsinin cinsiyyət orqanını kəsib öldürdü - Bakıda dəhşətli qətlin təfərrüatı - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Nəvəsinin cinsiyyət orqanını kəsib öldürdü – Bakıda dəhşətli qətlin təfərrüatı

Nəvəsinin cinsiyyət orqanını kəsib öldürdü – Bakıda dəhşətli qətlin təfərrüatı

Bakıda nəvəsini boğaraq öldürməkdə təqsirləndirilən Rakif Bayramovun cinayət işi üzrə məhkəmə davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Saleh Həsənov ifadə verib.

Şahid Rakif Bayramovun qudası olduğunu deyib. O, ifadəsində bildirib ki, R.Bayramov öldürülən şəxsin meyidini onun maşınında aparıb: “Evə çağırdı. Dedi ki, uşağı öldürüblər. Tapşırdı ki, heç kimə heç nə deməyim. Rayona gedəcəkdik. Yolda gördüm, maşından iy gəlir. Arvad da ağlayırdı. Soruşdum ki, uşağın meyidi haradadır, dedilər, elə sənin maşınında. Başımı itirdim. Etiraz elədim, polis çağırmaq istədim. Şantaj elədi ki, səni şərləyəcəm. Sür maşını rayona. Mən nə qədər yalvar-yaxar elədimsə də, fikir vermədi. Rayona çatanda özləri yuyub-basdırdılar, icra hakimiyyətindən də adamlar gəldi, yasda başsağlığı verdilər. Artıq 8 gün keçdi. Sonradan bildim ki, uşağı Rakif öldürüb”.

Hakim Tamella Nəsrullayeva isə bildirib ki, şahidin cinayəti bilib gizlətməsi ilə bağlı barəsində şübhələr olduğundan cinayət işi açılıb və ayrıca icraatdadır.

Hakim təqsirləndirilən şəxsdən nəvəsini niyə öldürməsinin səbəbini soruşub. Ona səmimi şəkildə etiraf etməsini təklif edib. O isə bildirib ki, nəvəsi tərbiyəsizlik edib, şəhid olmuş oğlunu təhqir edib deyə onu öldürüb.

Prokuror onun istintaqa verdiyi ifadəsinin bir hissəsini elan edib.

“Nəvəmin evə narkoman dostlarını gətirdiyini öyrəndim. Əsəbləşdim, arvadım da evdə idi. Onu bazara göndərdim. Uşaqla mübahisə etdim. Şəhid olan oğlumun gorunu və məni söydü. Üstümə gələndə bir yumruq vurdum. Yerə yıxıldı. Tez əllərini bağladım. Ağzına parça salıb iplə bağladım ki, qışqırmasın. Mətbəxdən bıçaq gətirib cinsiyyət orqanını kəsdim. Sonra iplə boğub, öldüyünə əmin oldum. Yorğana büküb, yatağın altına qoydum”.

Məhkəmə yanvarın 27-nə təyin edilib.

Qeyd edək ki, ötən il fevralın 7-də Mübariz Məmmədov Binəqədi Rayon Prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində dəfn edildiyini bildirib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun babası Rakif Bayramov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. Meyit məhkəmənin qərarına əsasən, dəfn olunduğu yerdən çıxarılaraq ekspertizaya təqdim edilib.
Ağdam rayon sakini, 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirdiyini etiraf edib. İstintaqa ifadə verən Rakif Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib.

O, yeniyetmə nəvəsi Tural Bayramovu evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rakif Bayramov qəddarlıq edib.

Hadisədən sonra Rakif Bayramov nəvəsinin meyidini ədyala bükərək, çarpayının altında gizlədib. Rakif Bayramov daha sonra yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit bir neçə gün orada qalıb. Yeniyetmə Tural Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar.

Ağdama gedərək, maşınını götürən baba nəvəsinin meyidinin dalınca Bakıya qayıdıb: “Meyidi qoydum maşına, getdim rayona. Yolda zəng vurdum ki, Turalı öldürüblər, dəfn etməyə gətirirəm”.

Dindirmə zamanı Rakif Bayramov əməli tək törətdiyini və qətlə söyüşün səbəb olduğunu deyib. Sosial şəbəkələrdə hadisənin namus üstündə, daha doğrusu, Tural Bayramovun doğma bacısına sataşdığı üçün babası tərəfindən qətlə yetirildiyi barədə məlumat yayılıb.

///lent.az

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.