2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Nəyə görə hər ailəyə 1000 manat, adambaşına 250 manat verilməlidir? İZAH

10 arqument: 5 sosial, 5 iqtisadi

ADR sədri, iqtisadçı alim Qubad Ibadoğlu

Dəyərli dostlar, Dövlət Neft Fondunun 70,2 milyard manatlıq aktivlərinin 3,5 faizinin (2,5 milyard manatının) əhali arasında bərabər bölüşdürülməsi təklifimə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirir və bir daha əsaslandırmaq istəyirəm ki, niyə və nədən bu təklifi indi irəli sürürəm.
Sosial arqumentlər:
1) Müstəqilliyin bərpasından ötən 28 ildə Azərbaycan xalqının maddi və mənəvi dəstəyə ehtiyacı heç vaxt bu qədər çox olmayıb.
2) İşsizlər üçün nəzərdə tutulan birdəfəlik 190 manat məbləğində yardım dəstəyi effektli olmadı, çünki aşırı məhdudlaşdırıcı normalar və idarəçilikdə problemlər bu yardımı ehtiyacı olanlara çatdırmağa imkan vermədi. Şəffaflıq və hesabatlığın olmaması açıqlanan rəqəmlərə pambıq pripiskasından da betər şübhələr doğurdu.
3) Azərbaycanda ev təsərrüfatlarının orta ölçüsü 4 nəfər olduğuna görə bu yardım hər bir ailəyə 1000 manat çatdırılmasını təmin edəcək və hazırkı pandemiya dövründə ehtiyacı olan ailələr üçün əhəmiyyətli yardım effekti verəcək.
4) Hər kəsə 250 manatın birbaşa çatdırılması korrupsiya potensialını minimumlaşdıracaq.
5) Hər ailəyə dövlət neft fondundan vəsait ayrılması hər bir vətəndaşa hiss etdirəcək ki, ona da neft və qaz gəlirlərindən pay düşüb və onlar da özünü neft-qaz sərvətlərinin sahibi kimi hiss edəcək.
İqtisadi arqumentlər:
1) Böhrandan çıxış konsepsiyalarına görə bir çox ölkələr təbii resurslardan gələn gəlirlərin tənəzzül dövründə daha çox xərcləyirlər ki, iqtisadiyyatda məcmu tələb və təklif arasında tarazlığı qoruya bilsinlər. Məsələn, Qazaxıstanda 2011-ci ildən qüvvədə olan fiskal qaydaya görə hər il orta hesabla Fonddan büdcəyə 8 milyard dollar köçürülməlidir. Qaydalara görə, hökümət bu məbləği iqtisadi tənəzzül dövründə 15 faizə qədər artıra (8 mlrd.+15 faiz), iqtisadi artım dövründə isə 15 faizə qədər azalda (8 mlrd.-15 faiz) bilər. Göründüyü kimi, iqtisadi konsepsiya görə neft pulları tənəzzün dövründə çox, artım dövründə az xərclənməlidir.
2) Adambaşına ödəniləcək 250 manatın dərhal istehlaka yönələcəyini nəzərə alsaq onun xərclənməsi zamanı hesablanan dolayı vergilər (ƏDV və aksiz vergiləri) hesabına büdcəyə əlavə daxilolmalar baş verəcək ki, bü da hazırkı böhranlı dövrdə büdcə gəlirlərinin artımına gətirib çıxaracaq. Hesablamalar göstərir ki, bu halda ayılacaq 2,5 milyard manatın 20 faizə qədəri, 500 milyon manatı büdcəyə və sosial müdafiə fonduna ödəmələr kimi geri qayıdacaq.
3) Tədavülə 2,5 milyard manat əlavə vəsaitin çıxması vasitəsilə fiskal ekspansiya siyasətini genişləndirəcək, onun ticarət və xidmət sektorunda xərclənməsi ölkədə məcmu tələbi artırmaqla istehsalçıların və idxalatçıların fəaliyyətini stimullaşdırmaqla, böhrandan çıxışa müsbət impuls verəcək.
4) Dövlət Neft Fondunun əlavə 1,5 milyard dolları valyuta bazarı vasitəsilə 2,5 milyard manata çevirməsi milli valyutanın mövqeyini möhkəmləndirəcək.
5) Dünya maliyyə bazarlarında səhmlərin və digər aktivlərin itkisini çoxaldığı indiki şəraitdə Fondun aktivlərinin bir hissəsinin geri çəkilərək bu məqsədlə istifadəsi həmin məbləğdə aktivlərin dəyərsizləşmə riskini aşağı salacaq.
Rəylərinizi və şərhlərinizi gözləyir, paylaşmağınızı tövsiyyə edirəm.

Saytların yığılması Saytlarin yigilmasi

 

Xatırladaq ki, ADR hərəkatının lideri, iqtisadçı Qubad İbadoğlu hər Azərbaycan vətəndaşına Neft Fondundan 250 manat verilməsini təklif edib.

Ətraflı məlumat üçün bu linkə keçid edin:

Adambaşına 250 manat kampaniyası

24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

10 şərh

  1. Здравствуйте. Я поддерживаю Вас в этом. И думаю не только я, но и весь народ Вас поддержит и скажет государства спасибо за вашу помощь и поддержку. Конечно, в среднем в каждой семье 4 человека. А на детей у всех идут расходы больше, чем на взрослых. И мы не должны забывать, что дети – наше будущее. И если государство будет заботится о них, то завтра они принесут свои плоды государству. Так, что я желаю, чтобы в ближайшее время мы все ощутили такую поддержку от государства.

    1. Salam. Mən də sizin təklifinizi bəyənirəm. Mənim həyat yoldaşım bi ilin avqust ayında vəfat edib. Mənə imtina mesajı göndərilib. Ev nir gəlir yerim yoxdur. Çətin yaşayıram. Bilmirəm kimə müraciyət edim. Bütün telefonlar məşğul göstərir. Mənə kömək edin

    1. Salam biz ailədə 6neferden ibaretik mennede 190m dusmedi yoldaşımın Vonu olduğu üçün vermədilər yoldaşım kiçik arendaya işlədir deye adına vonn var yeridə bağlıdı bangada borcumuz var keçən ay onuda aldılar uşaqlarım evde açdı istiyirem tez versinler isteyirem hər bir nəfərə 250₼versinler çox sevinerem

  2. 250 manat verilsəydi cox yaxşı olardı. Ama qorxuram 190 manat kimi mənə verilməyə. Mən 60 yaşın içindəyəm. Hec bir yerdə işləmirəm. Həyat yoldaşlm bu ilin avqust ayında vəvat edib. Hal hazırda evimdə yoxdur, adlmda da ec bir mülk yoxdur. Cox cətin yaşayıram. Amma mənə imtina mesaji gəliib. Bu necə araşdırmaqdır araşdırıblar? Yoldaş Qubad müəllim mən sizdə cox xahiş edirəm bu işi birdə araşdırsınlar. Bilmirəm kimə müraciət edim.

  3. Salam. Mən də sizin təklifinizi bəyənirəm. Mənim həyat yoldaşım bi ilin avqust ayında vəfat edib. Mənə imtina mesajı göndərilib. Ev nir gəlir yerim yoxdur. Çətin yaşayıram. Bilmirəm kimə müraciyət edim. Bütün telefonlar məşğul göstərir. Mənə kömək edin

  4. BİZİM FİKRİMİZ KEÇMİR Kİ HAQSIZLIQ OLDU HAMIYA .BU CÜR HAQSIZLIQ HEÇ YERDƏ GÖRÜNMƏYİB. Komputer baxdı camaatın işinə. Əri ölənə ər çıxdı. Subay oğlanın arvadının adına 4 maşın. . Torpağı olmayana da topraq. Bu barədə cənab prezidentə məktub yazmışam. Hamı nəzərə alınmalı idi .yalançı nazirlərin saxta məlumatı ucbatından pis günə qaldı ölkəmiz.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button