2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Nə dincəlmək, nə istirahət… getdi o zamanlar…”

Turizm və istirahət mövsümü başlanır. İndi istirahət mövsümünün ölkə insanının həyatına nə dərəcədə aid olduğu hamıya aydındır. Amma aprel ayında açıqlanan statistik rəqəmlərə nəzər salanda elə təsəvvür yaranır ki, hər şey əladır, ölkə içində də turist qaynayır. Mədəniyyət və Turizm naziri səviyyəsində bəyan olunan rəqəmlərə görə, son 3 ay müddətində ölkəmizə gələn xarici turistlərin sayı 557 min nəfərdən artıq olub. Turizmə artıq qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri kimi diqqət verildiyini deyən Əbülfəs Qarayev, bu sahənin inkişafı üçün təsdiq olunmuş Strateji Yol Xəritəsinin mühüm rol oynayacağını bildirib.
Əvvəlcə bu xəritənin izi ilə araşdırdığımız bir neçə istirahət zonasının qiymətləri haqqında qısaca məlumat verək, sonra keçək əsas məsələyə.
Ölkənin istirahət zonalarındakı fantastik qiymətlər üzündən əhalinin 70-80%-i illərdir dincəlmək arzusunun üstündən xətt çəkib. Qiymətləri əl yandıran otellərə bir neçə nümunə gətirək. Qəbələdki “Qafqaz Riverside Resort” beşulduzlu otelinin günlük qiymətləri 125-320 AZN arasında dəyişir. “Qafqaz Sport Hotel”in qiymətıəri də ondan geri qalmır- 86- 258 AZN. Qubada inşa olunmuş “Rixos Quba” otelinin qiymətləri 99 -849 AZN nisbətində, Samaxi “Palace Sharadil” oteli 99 -158 AZN, Lənkəran – Lerik yolunda yerləşən “Relax” İstirahət Mərkəzinin qiymətləri 70 AZN, Naftalan şəhərində yerləşən “Qaşaltı” sanatoriyasının qiymətləri 92- 2050 AZN nisbətindədir. Otellər və istirahət zonalarındakı müəyyən şərt fərqlərini kənara qoysaq, demək olar ki, əksəriyyətində qiymətlər bir-birinə yaxındır. Bu şərtlərdə ölkə əhalisinin neçə faizi imkan tapıb orda dincələ bilər? Sualın cavabı üçün FB-də kiçik bir sorğu apardım. Həmin cavablardan bir neçəsini sizinlə bölüşürəm.
“Aldığımız maaş-pensiya istirahətimiz nədi, yaşamağımıza çatmır. Arzular hüdudsuz, imkanlar kasad.”(Babək)
“Azərbaycanda istirahət etməyə şərait yaradılmasa da intihar etməyə şərait yaradılıb. Nə ölkəmizin, nə də Türkiyənin istirahət bölgələrinə getmək istəməzdim. İmkan olsaydı, Odessada istirahətə getmək istərdim” (Əkbər)“Yayda ruzi yığırıq, qılınc kimi qış da var axı…”(Ziyafət)
“Yay istirahəti bizlər üçün bir mirajdır, sadəcə. Var, hərdən görünür, yaxınlaşmaq istədikdə isə yox olur!”(Çinarə)
“Mən şəxsən 14-15 ildir dayanmadan işləyirəm. Ölkə daxilində də, ölkə xaricində də dincəlmək şansım 0 səviyyəsindədir.” (Elşən)
“Hamı bir tikə çörəyinin əsiridir! İstirahət etmək yada belə düşmür!”(Mahir)
“Axrıncı dəfə dincəldiyim yadıma gəlmir. İmkan olsa, Təbrizə gedərdim.”(Paşa)
“ Çoxdandır dincəlmirəm. Yayda kəndçinin işi cox olur. Qışda Təbrizdə dincəlmək istərəm. Amma maddi imkanım yoxdur.”(Elcan)

“33 yaşım var, üst-üstə 3 dəfə normal istirahət etməmişəm yay aylarında. Sizcə, bu rejimdə böyüyən sıravi vətəndaş qazandığı pulla hardasa istirahət etməyə qadirdirmi?!”(Hüseyn)

Saytların yığılması Saytlarin yigilmasi

“Artıq 5 ildir aldığımız maaş heç yeməyə də çatmır. Nə istirahət…”(Şəhla)

“Bizim bu gözəl ölkəmizdə istirahət etmək, sadəcə, başımızın üstündəkilərə aiddir”(Sevinc)

“Türkiyədə əcnəbilərə hər şey baha, ancaq millətə ucuz. Bizdə əksinə, əcnəbilərə havayı, millətə baha bütün istirahət mərkəzləri… İnşallah, gün o gün olsun ki, bizdə də maddiyyatla baglı problemlər cözülsün. Azərbaycan xalqı ona məxsus bütün gözəlliklərdən səmərəli istifadə edə bilsin.”(Rufana)

“Yayı başqa ölkədə, heç olmasa, Gürcüstan və ya Türkiyədə keçirməyi üstün bilirəm. Çünki burda qiymətlər çox baha, təbiət və ya tarixi abidə yox demək olar ki. Olanlar da görməli və gəzməli vəziyyətdə deyil. Qidalar baha, servis pis, qida keyfiyyətlərinə və təmizliyinə inanmıram. Çox yazmaq olar…”(Könül)
“40 il əmək stajım var. Heç vaxt dincəlməmişəm. Yəni istirahət mərkəzlərində, sanatoriyalarda olmamışam.”(Vaqif)

“Sovet dönəmində elə şeylər maraqlı idi. İndi camaat yayda da, qışda da dincəlir, işsizlikdən yatır. Yayda yatışırıq, bəs qışda necə olacaq axırımız? Nə dincəlmək, nə istirahət, getdi o zamanlar…Xəyallarda…” (Rayət)
“Nə istirahət edə bilirəm, nə də düz-əməlli çalışa bilirəm. İstirahət etmək üçün pul lazımdı.”(Rövşən)
Ölkə vətəndaşlarının istirahət imkanlarının nə dərəcədə məhdud olduğu bizə aydın olsa da, onların fikirlərini özlərindən aldıq. Təəssüf hissi ilə deyə bilərik ki, Azərbaycan insanı öz vətənində dincəlmək arzularından əlini üzüb. Azacıq imkanı olan adamlar da ölkədən kənarda dincəlməyə üstünlük verir. Keçən ilin may ayında Gürcüstan Turizm administrasiyasının rəhbəri Georgi Çoqovadze açıqlamışdı ki, təkcə may ayında Azərbaycandan Gürcüstana 11 944 vətəndaşımız gedib. Bütün yay fəsli ərzində isə Gürcüstana ümumilikdə 2 milyondan çox turist səfər edib. “Niyə” sualının cavabını tapmaq üçün də xüsusi baş sındırmaq lazım gəlmir. İnsanlarımız açıq etiraf edir ki, burda istirahət zonalarımızın təklif etdiyi qiymətlərə baxsaq, onlara çəkilən bir həftəlik xərclə Gürcüstanda ən azı 2 həftə istirahət etmək olar.

Bax, belə. Turizmi inkişaf etdirmək ideyası gözəldir. Amma monopoliyalar və baha qiymətlər buna imkan verərmi? Verməz, əfəndilər. Bir də, bu ölkədə dincəlmək əcnəbi turistlərdən əvvəl ölkənin öz vətəndaşının haqqıdır. Siz öncə onların haqqını özünə qaytarın!

Səadət

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button