2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

“Nə oxuya, nə də yaza bilirəm” – “Şərurlu İsfəndiyar”

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

24saat.org “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundov ifadə verib. O, istintaqa dediklərini təkzib edib, hətta müstəntiqə heç nə demədiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

İ.Axundov ibtidai istintaq zamanı onun adından yazılan ifadədən xəbərsiz olduğunu qeyd edib: “Mən orta məktəbi bitirə bilməmişəm. Ona görə də nə oxuya, nə də yaza bilirəm. Bu səbəbdən müstəntiqə dedim nətəhər məsləhətdisə, elə də yaz. Sonra vəkilimlə ikisi ifadəmi yazdılar. Amma nə yazıldığını bilmirəm”.

“Şərurlu İsfəndiyar” general Çovdarov və digər təqsirləndirilənlərlə heç bir əlaqəsinin olmadığını deyib.

Məhkəmə prosesi aprelin 3-də davam etdiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button