2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Nəcməddin Sadıkov “tərki-silah” edilir

Etibar Pirverdiyevin işdən çıxarılması Nəcməddin Sadıkovun “dişinin qırılması” kimi qiymətləndirilir.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkovun mövqeyinin zəiflədilməsi prosesinə start verirlib.

“Azenerji”nin işdən çıxarılan rəisi Etibar Pirvrdiyevlə quda olan Nəcməddin Sadıkov Rusiyaya yaxın şəxs kimi tanınır.

Yada salaq ki, iyulun 2-də Mingəçevir Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkə ərazisinin əksər hissəsi bir neçə saat elektrik enerjisiz qalması, İyulun 3-də bu hadisənin təkrarən baş verməsindən sonra Etibar Pirverdiyevin vəzifəsindən azad ediləcəyi gözləınilsə də, prezident bununla bağlı iki ay sonra – Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra qərar verdi.

Saytların yığılması Saytlarin yigilmasi

Elə həmin gün də Mingəçevir hadisəsi ilə bağlı Prezident tərəfindən yaradılan Dövlət Komissiyasının rəyi açıqlandı.

Rəydə bildirlib ki, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə hadisənin başvermə səbəblərini araşdıraraq obyektiv rəy hazırlanması və gələcəkdə belə halların təkrarlanmaması üçün təkliflərin verilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair çox ciddi tapşırıqlar verilib:

“Rəydə qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub. Ölkə başçısı nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib”.

24saat.org-a daxil olan məlumata görə, Etibar Pirverdiyevin işdən çıxarılması həm də qudası Nəcməddin Sadıkovun “vurulmasına” hesablanmış addımdır.

Qeyd edək ki, 2 noyabr 1993-cü ildən müdafiə nazirinin müavini olan Nəcməddin Sadıkov Azərbaycan Silahlı Qüvvələrinin də baş qərargah rəisidir. Bu isə o deməkdir ki, müharibə vəziyyətində, hərbi vəziyyət rejimində təkcə Müdafiə Nazirliyinə aid olan silahlı birləşmələr deyil, həm də digər güc struktirlarının tabeçiliyində olan silahlı birləşmələr də baş qərargah rəisinin tabeliyinə keçir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə isə Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button