2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nəcməddin Sadıqov müxalifətçi olsaydı…

Qərargah rəisi hansı xidmətlərinə görə Rusiyanın sevimlisinə çevrilib?

Son günlər Silahlı Qüvvələrin baş Qərargah rəisi Nəcməddin Sadıqovla bağlı maraqlı xəbərlər yayılır. Əvvəllər də Nəcməddin Sadıqovun Rusiya ilə yaxın əlaqələri barədə yazılar dərc olunub, müzakirələr aparılıb. Hətta məlum olmuşdu ki, Rusiyada Nəcməddin Sadıqovun adına küçə də var. Indi isə xəbər yayılır ki, Nəcməddin Sadıqov Dağıstanın milli qəhrəmanıdır, Dərbənd küçələrinin birinə onun adı verilib, Dağıstanda hansısa məktəb onun adını daşıyır, büstü ucaldılıb, onun adına təqaüd təsis edilib və s.

Məsələ burasındadır ki, Nəcməddin Sadıqov dövlətin ən strateji postlarından birini tutur, ən həssas sahəyə cavabdehdir. Belə bir post tutmuş şəxsin Rusiyanın sevimli adamına çevrilməsi, Dağıstanda əbədiləşdirilməsi müəyyən şübhələr doğurur.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan hökuməti uzun illərdi ki, belə məsələlərdə xüsusi canfəşanlıq göstərir. Məsələn, bir çox QHT-lərə qarşı müharibə elan edilib və bu təşkilatların Qərbdən maliyyələşdiyi, dövlət sirrini xaricə satdığı bildirilir, hətta bu QHT-lərin rəhbərləri “agent” adlandırılır. Yaxud, müxalifət liderləri uzun illər ərzində müxtəlif qondarma ittihamlarla üz-üzə qalıblar. Heç bir fakt olmadığı halda müxalifətin erməni lobbisinin təsiri altında olduğu, Azərbaycanı istəməyən qüvvələrlə işbirliyində olduğu şaiyəsi yayılıb. Milli Şura yaranan ərəfədə rəsmi təbliğat aləmə car çəkdi ki, Rüstəm Ibrahimbəyov Rusiyanın sifarişini yerinə yetirir, Milli Şura Rusiya proyektidir və s.

Azərbaycan hakimiyyətini tənqid edən Qərb diplomatlarına qarşı da “ermənipərəst” ittihamı bütün dövrlərdə aktual olub.

Amma nə hikmətdirsə Nəcməddin Sadıqovla bağlı bu qədər yazılar yazılır, Rusiyanın bu adama qarşı diqqət və qayğısı göz deşir və “milli maraq keşikçiləri” susurlar. Dağıstanda hansısa müxalifət liderinə abidə qoyulsaydı, Moskvada hansısa tənqidçi ziyalının adına küçə olsaydı hökumətin vətənşüvənləri hansı hoqqalardan çıxardılar? Müxalifətçilər əcnəbi birinə salam verəndə böyük dastan yazanlar, Nəcməddin Sadıqova qarşı bu diqqətin səbəbini axtarmırlar. Axı bu adam Dağıstanda hansı işləri görüb, Rusiyaya hansı xidmətləri göstərib ki, böyük hörmətlə yad edilir? Heç kimə sirr deyil Azərbaycana ən böyük zərbələri Rusiya vurub. 20 yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın işğalı və bu işğalın hələ də davam etməsi Rusiyanın “xidmət”ləridi. Belə bir ölkənin dövlətimizin əsas şəxslərindən birinə sevgisinin səbəbini bilmək haqqımızdır.

Bir daha qeyd edirik ki, biz məsələyə hökumətin məntiqiylə yanaşırıq. Hökumət Rusiyada yaşayan, Rusiya vətəndaşlığı olan bir Azərbaycan ziyalısını necə sorğu-suala çəkirdisə, eyni israrı bu məsələdə də göstərsin. Azərbaycanda bu qədər vəzifəli şəxs, bu qədər ictimai-siyasi xadim var ikən, niyə məhz Nəcməddin Sadıqova “stavka” edilir?

Yəqin ki, bu susqunluq davam edəcək. Çünki, bizim hökumətimiz müzakirə mövzusu Rusiya olanda əbədi susmağa üstünlük verir. Hətta 20 faiz ərazimizin işğal olunması da bu müti susğunluğa son qoya bilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button