2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verildi

Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

24saat.org APA-ya istinadən xəbər verir ki, bu əsasnamə Azərbaycan ərazisində avtonəqliyyat vasitələrinin sahibləri üçün icazə sisteminin tələbləri nəzərə alınmaqla, beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin ümumi qayda və şərtlərini müəyyən edir.

Saytların yığılması Saytlarin yigilmasi

Əsasnaməyə əsasən, xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının Azərbaycan avtodaşıyıcılarına verilməsi Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Dəyişikliyə əsasən, bundan sonra Beynəlxalq Nəqliyyat Forumunun atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan avtodaşıyıcılarına verilməsi də Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button