2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Nəqliyyatda gediş haqqını artıra bilərlərmi?

Azərbaycanda daşıyıcı şirkətlərin sürətlə müflisləşdiyi ilə bağlı şikayətlər eşidilir. Hətta son günlər bəzi media orqanlarında onlardan bəzilərinin müasir nəqliyyat vasitələrinin bir hissəsini satışa çıxarmaları ilə bağlı iddialar da səsləndirilir.

Hələ bir müddət öncə 19 sərnişindaşıma şirkətinin nümayəndələri Tarif Şurasına, İqtisadiyyat Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə avtobuslarda gediş haqqının artırılması ilə bağlı müraciət ünvanlamışdılar. Müraciətdə ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədə və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yarandığı bildirilmişdi: “…Hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunmuşdu ki, yaranmış şəraitlə əlaqədar şirkətlərin parklarında 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin beş ayında ölkəyə ümumi dəyəri 43 milyon 849 min dollar olan 292 avtobus gətirilib. Bir avtobusun orta qiyməti 150 min dollar ətrafında dəyişib.

2021-ci ilin ilk beş ayında isə ölkəyə ümumi dəyəri 4 milyon 625 min dollar cəmi 51 avtobus gətirilmişdi. Bir avtobusun orta qiyməti 90.7 min dollar təşkil edib. Beləliklə, bir avtobusun qiyməti 59.3 min dollar artıb.

2021-ci ilin ilk beş ayında isə ölkəyə ümumi dəyəri 4 milyon 625 min dollar cəmi 51 avtobus gətirilmişdi. Bir avtobusun orta qiyməti 90.7 min dollar təşkil edib. Beləliklə, bir avtobusun qiyməti 59.3 min dollar artıb.

Bakı Nəqliyyat Agentliyindən “Turan”a bildirilib ki, qurum gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib. Hazırda bu məsələnin Tarif Şurasının gündəmində olub-olmadığını isə qurumdan, hələlik, öyrənmək mümkün olmayıb.

“Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev də “Turan”a deyib ki, şirkət mülkiyyətində olan 423 nəqliyyat vasitəsindən 191 ədəd “Daewoo” markalı avtobusun satılması planlaşdırilır: “30 qəpik gediş haqqı ilə müasir standartlara uyğun şəkildə sərnişindaşıma xidməti göstərmək çox çətindir… İctimai nəqliyyata hər hansı dəstək yoxdur, bu istiqamətdə heç bir addım atılmayıb. Daşıyıcı şirkətlərin dövlət qurumlarına kollektiv müraciətləri də cavabsız qalıb”.

“24 saat “Nəqliyyatda gediş haqqını artıra bilərlərmi?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button