2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Nəsiminin icra başçısı “vurula” bilər

Nəsimi rayonunun icra başçısı Asif Əsgərov vəzifəsini itirə bilər.

24saat.org-a daxil olan məlumata görə, Asif Əsgərovun oğlu İlham Əsgərlinin törətdiyi ölümlə nəticələnən qəzanın yenidən gündəmə gəlməsi icra başçısının karyerası üçün təhlükəyə səbəb olub. Hadisədə zərərçəkən “McDonalds Azərbaycan” şirkətinin rəhbəri Maqsud Mirzəyev Ali Məhkəməyə kassasiya şikayəti verib və şikayət üzrə məhkəmə prosesi baş tutub.

Qeyd edək ki, qəza zamanı Maqsud Mirzəyevin oğlu dünyasını dəyişib. Bu hadisədə əsas təqsirkar Asif Əsgərovun oğlu olsa da, o, azadlıqdan məhrum edilməyib. İlham Əsgərli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək adı ilə faktiki olaraq azadlıqa buraxılıb. Bu da zərərçəkən tərəfin qəzəbinə səbəb olub.
Mayın 24-də keçirilən məhkəmə prosesində Maqsud Mirzəyev bildirib ki, o, İlham Əsgərlinin azadlığının ailəsinə “hansı rəqəmə” başa gəldiyini bilir.
Əldə etdiyimiz məlumata görə, Maqsud Mirzəyev məsələ ilə bağlı prezident İlham Əliyevin qəbuluna düşməyə çalışır. Bildirilir ki, artıq ona prezidentlə görüşünə şərait yaradılacağı ilə bağlı söz verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Mümkündür ki, yaxın vaxtlarda bu görüş reallaşsın. Qaynağımız bildirir ki, görüş baş tutacağı təqdirdə Asif Əsgərov vəzifəsinə əlvida deyə bilər.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button