2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Nabiullina və Qref Putini müharibədən çəkindirmək istəyirmişlər

Rusiyada Sberbankın rəhbəri German Qref və Rusiya Bankının sədri Elvira Nabiullina Ukraynaya tammiqyaslı müdaxilədən təxminən bir ay əvvəl Vladimir Putinə müharibənin Rusiya iqtisadiyyatı üçün “fəlakətli nəticələri” olacağına dair narahatlıqlarını çatdırmağa çalışıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə mənbələrə istinadən Financial Times qəzeti yazıb.

Məqalə “Putinin texnokratları müharibəyə xidmət etsin deyə iqtisadiyyatı necə xilas etdilər” adlanır.

FT iddia edir ki, Qref və Nabiullina Putinlə onun Novo-Oqoryovadakı iqamətgahında şəxsən görüşərək ona müharibənin mümkün nəticələri barədə 29 səhifəlik təqdimat veriblər.

Bu sənəddə deyilirdi ki, müharibə olarsa, Qərb ölkələri Rusiya iqtisadiyyatı “onilliklərlə geri atacaq” sanksiyalar tətbiq edəcəklər.

Deyilənə görə Qref Putinə ÜDM-ın 2 ildə 30 faiz azalacağına və rusiyalıların həyat səviyyəsinin kəskin düşəcəyinə dair xəbərdarlıq edib.

Özlərində cəsarət tapsalar da…

FT mənbələrinin sözlərinə görə Putin Qrefin sözünü kəsərək soruşub ki, “ən pis nəticələrin” qarşısını almaq üçün nə etmək olar?

Amma bu suala cavab olaraq nə Sberbankın, nə də Rusiya Bankının rəhbəri Ukraynada eskalasiyaya başlamamaq xəbərdarlığını əsaslandıra bilməyiblər.

Mənbə bildirib ki, “onlar Putinlə görüşə nail omaq üçün özlərində cəsarət tapsalar da, Putini müharibədən çəkinməyə inandıra bilməyiblər”.

FT yazır ki, Putin bu görüşün iştirakçılarına öz planları barədə məlumat verməyib və onlar müharibənin başlanması xəbərini “televizordan” öyrəniblər.

Qəzet iddia edir ki, texnokratlar prezidentin onları eşitməməsindən sarsılıblar. Mənbə deyib:

“Mən Qrefi heç vaxt belə görməmişdim. O özünü tamamilə itirmişdi və şok vəziyyətində idi”.

Mənbə Qrefi “sülh adamı” adlandırıb və deyib ki, “o həmişə “Silikon vadisində” olardı”.

O bildirib ki, Qref hazırda tamamilə gözdən düşüb.

Postlarında qalıblar

Buna baxmayaraq nə Qref, nə də Nabiullina öz postlarından istefa etməyiblər.

FT-nin yazdığına görə, əksinə, onlar əllərindən gələni ediblər ki, Rusiya iqtisadiyyatı misilsiz sanksiyalara tab gətirə bilsin.

Qref və Nabiullina FT məqaləsinə hələki münasibət bildirməyiblər.

Qref demək olar bütün Qərb ölkələrinin hamısının sanksiya siyahılarına düşüb.

24 saat” “
Nabiullina və Qref Putini müharibədən çəkindirmək istəyirmişlər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button