2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Nadir Qafarzadə: “Ermənilər Azərbaycan mahnılarını daha yaxşı oxuyurlar”

Yayımlandı: 29 Dekabr 2022 17:39

Müğənni deyir ki, bu gedişlə peşəkar estrada musiqisi tarixə qovuşacaq

Azərbaycan musiqisinin 20 faizi qalıb. Bu isə gələcəkdə Azərbaycan musiqisinin yox olacağına işarədir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Hazırda professional Azərbaycan musiqisinə çox az rast gəlinir. Halbuki musiqidə olan ladların sayı heç bir xarici ölkənin musiqisində yoxdur. Azərbaycan musiqisinin 20 faizi qalıb. Bu isə gələcəkdə Azərbaycan musiqisinin yox olacağına işarədir”.

Bunu Meydan TV-yə müğənni Nadir Qafarzadə deyib.

İfaçı son illər kommersiya mahnılarının bəstəkar musiqilərini üstələdiyi qənaətindədir. Bu isə onu ciddi narahat edir:

“Düzdür, kommersiya mahnılarını mən də oxumuşam. Bunu qazanc əldə etmək, yaşamaq, həmçinin Azərbaycan bəstəkarlarının əsərlərini yaşatmaq üçün edirəm. Kommerisya mahnılarından qazandığım pulu sənətə həsr edirəm. Bizim öz folklorumuz, aşıq mahnılarımız, muğamlarımız var. Öz musiqimizi yaşatmalıyıq”.

Nadiq Qafarzadə deyir ki, sovet hakimiyyəti dövründə Azərbaycanda peşəkarlar – bəstəkarlar, şairlər, heykəltaraşlar, rəssamlar, ifaçılar yetişdi. Lakin indi istedadlara çox nadir hallarda rast gəlinir:

“Həmin quruluş bizə yetmiş il ərzində xəzinə qoyub getdi. Bunu danmaq olmaz. Bu gün isə artıq biz müstəqilik. Təəssüf ki, bu otuz il ərzində hələ ki, əsl istedad çox az yetişir. Gənc ifaçılar artıq Azərbaycan musiqisi oxumaq istəmirlər. Hərəsinin əlində bir gitara ya türk mahnıları, ya da türksayağı mahnılar oxuyurlar”.

İfaçının əsas narahatlığı da Azərbaycan estrada musiqiqinə görədir. Deyir ki, bu gedişlə peşəkar estrada musiqisi tarixə qovuşacaq: “Azərbaycan estrada musiqisi, mahnıları çox az yazılır. Yazılanda da ora mütləq İran, Hindistan, ərəb, türk ladları gəlir. Bununla da qarışıq, kökü bilinməyən bir musiqi yaranır”.

Nadir Qafarzadə deyir ki, toylarda kommersiya mahnıları ilə yanaşı, həm də bəstəkar və estrada mahnıları da oxuyur.

Onun sözlərinə görə, gənc ifadəçilərin çoxu, məsələn, “Nazəndə sevgilim” mahnısın bilmir:

“Toylara gedəndə kommersiya mahnıları ilə yanaşı, həm də Emin Sabitoğlunun, Tofiq Quliyevin, Ramiz Mirişlinin əsərlərini oxuyuram ki, insanlar əsl musiqini unutmasınlar. Bu yaxınlarda bir məclisdə qonaq idim. İfaçılar gənc musiqiçilər idi. Onlara yaxınlaşıb, dedim ki, mənim üçün “Nazəndə sevgilim”i çalın. Onlar mahnını bilmədirlər, bu, faciədir”.

“Elza İbrahimovanın, Tofiq Quliyevin, Ramiz Mirişlinin, Emin Sabitoğlunun bəstələdiyi mahnıları oxuyursan, onlara yad gəlir. Pul qazanmaq üçün kommersiya mahnıları da lazımdır. Lakin ilk növbədə Azərbaycan musiqisini, bəstəkar mahnılarını bilmək vacibdir”, – deyə o bildirib.

“Sonra da deyirik ki, erməni bizim mahnını oxudu. Onlar daha düzgün oxuyurlar. Erməni Azərbaycan mahnısını düzgün oxuyur, düzgün oranjiman edir, qulağayatımlı edir. Amma baxırsan ki, azərbaycanlı öz musiqini bərbad günə qoyub. Sonra da deyirlər ki, oğurladılar. Yeməyənin payını yeyərlər”, – Nadiq Qafarzadə deyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button