2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nadir şahın 2 milyon dəyərində qılıncı oğurlanıb

Dünən Dağıstanın “Kubaçi bədii kombinatı” Dövlət unitar müəssisəsi nəzdində yerləşən muzeydən 90-dan çox eksponat oğurlanıb.
Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, oğurlanan qədim əşyaların arasında dörd qədim qılınc da var. Hadisə yerində işləyən əməliyyat-istintaq qrupu əşyaların dəyərini müəyyənləşdirməkdədir.

Saytların yığılması Saytlarin yigilmasi


Qarət olunan əşyalar arasında, həmçinin Nadir şahın (1736-1747-ci illərdə Azərbaycan və İran şahı) daması və qılıncı, üzərində Stalinin, Kirovun və Kremlin təsviri olan gümüş vazalar da olub. Ekspertlərin fikrincə, qara bazarda təkcə Nadir şahın qılıncının qiyməti 1-2 milyon dollardır.


Dağıstan DİN-in məlumatına görə, naməlum şəxslər muzeyə giriş qapısını qıraraq daxil olublar. Muzeydə siqnalizasiya və peşəkar mühafizə sistemi yoxdur.

Kubaçi muzeyindən əvvəllər 1990-1993-cü illərdə də oğurluq olub. İlk dəfə oğrular muzeyin damından içəri daxil olaraq, 9 qiymətli vaza apara aparıblar. Muzeydən ikinci oğurluq 1993-cü ilin fevralında baş verib. “Əsrin soyğunu” adlanan o qarət zamanı muzeyin təhlükəsizlik işçisi öldürülmüş və demək olar ki, bütün eksponatlar aparılmışdı. O zaman da oğurluq eksponatlar arasında Nadir şahın qılıncı vardı. Lakin bu oğurluq zamanı soyğunçular tezliklə tutularaq, muzeyin sərvəti geri qaytarılmışdı.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button