Now Reading:
Nalbadyan Lavrovla Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Nalbadyan Lavrovla Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün və sabah Rusiyada rəsmi səfərdə olacaq.
Səfər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacaq.
Səfərin gedişatında Nalbandyan və Lavrov Ermənistanla Rusiya arasında strateji, əməkdaşlıq münasibətlərinin geniş spektrini müzakirə edəcəklər, aktual regional və beynəlxalq problemlər ətrafında fikirlər mübadiləsi aparacaqlar.
Ermənistan və Rusiyanın xarici siyasət idarələrinin başçıları həmçinin Qarabağ münaqişəsinin nizama salınması prosesində irəliləyiş məqsədi ilə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların icrası istiqamətində atılan addımları da müzakirə edəcəklər.
Input your search keywords and press Enter.