Now Reading:
Namiq Cəfərli: ” Rejimin qayda-qanunları bütövlükdə bir ölkənin insanlarını getdikcə fəlakətə sürükləyir”

Namiq Cəfərli: ” Rejimin qayda-qanunları bütövlükdə bir ölkənin insanlarını getdikcə fəlakətə sürükləyir”

Həyat qəribəliklərə dolu olduğu kimi, ikiüzlü, yalançı, qəddar, xain, acğöz və mənəvi cəhətdən əhəmiyyətsiz olan insanları ilə də zəngindir. İnsanların azad, sərbəst yaşamaq hüquqları olduğa halda, Rejim təbəqələri üçün “İnsan” sözünün heç bir əhəmiyyəti yoxdur. İnsanları üz-üzə qoymaq, biri-birilərinə düşmən etmək, intiharlara sürükləmək, sanki qəddar hakimiyyətlər üçün bir əyləncədir.

Rejimlərin yartdığı əcaib vəziyyətlərdən yaxa qurtarmaq üçün insanlar, daxili dünyalarını, arzularını göz açmış, boya-başa çatmış vətənində dəfn edib “bəşəriyyət mühacirəti”nə yollanırlar. Zəif olan kəslər belə proseslərə tab gətirə bilmədiklərindən müxtəlif çıxış yollarına əl atmaq məcburiyyətində qalırlar.

Ən acınacaqlısı isə odur ki, insan haqq yolunda, Rejimə qarşı üsyan etdiyi bir vaxta, sərt mövqeyini ortaya qoyanda, dostun, tanışın, hətta demək olar ki, yaxın əzizlərinin belə ondan üz döndərmələri örtaya çıxır. Çünki heç kəs özünü qəddar Rejimin hədəfinə gətirmək, digərləri isə ailəsinə bir tikə çörək aparacaq qazanc yerlərini itirmək istəmirlər. Bu cür keyfiyyətlərin yaranmasına səbəb ona görədir ki, qorxu hissləri həmin insanlar üzərində artıq hakim edilib. Bəlkədə çoxları hesab edir ki, bu zamanın hökmü-tələbindən irəli gələn bir proseslərdi və belə də olmalıdır. Lakin milli nüfuza yüksəliş edən Rejim qayda-qanunları isə bütövlükdə bir ölkənin insanlarını getdikcə fəlakətə sürükləyir.

Görkəmli polyak yazıçısı Stanislav Staşisinin dili ilə desək, bir ölkədə ki, qanun yalanlar törətmək, riyakarlıq etmək silahına dönür, oranın vətəndaşları oğru və soyğunçu olur. Onlar da öz növbəsində sonradan yuxarıda oturan krallara çevrilir.
Yazı Namiq Cəfərlinin FB səyifəsindən götürülüb.
İnfoAZ

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.