2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Namiq Qaraçuxurlu məşhur model ilə HOTEL OTAĞINDA… – FOTOLAR

Namiq Qaraçuxurlu “Subaylar” şousunun iştirakçısı ilə Tufandağ dağ xizək kurortunda çəkdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.

Publika.az xəbər verir ki, Azərbaycanın tanınmış meyxana ustası Namiq Qaraçuxurlu “Soyuqdur” mahnısının klipinin çəkilişlərini başa çatdırıb. Sözügedən klip yaxın zamanlarda nümayiş olunacaq.

Yeni klipdə N.Qaraçuxurlunun tərəf-müqabili rolunda “TNT” kanalında yayımlanan “Subay” şousunun iştirakçısı, müğənni və model Taşa Turova çəkilib. Meyxana ustası onun təklifini qəbul edib klipində çəkilməyə razı olan gözəl modelə sisial şəbəkədə təşəkkür edib:

Saytların yığılması Saytlarin yigilmasi

“İş qrafikinin gərgin olmasına baxmayaraq, dəvətimizi qəbul edib üçün Bakıya gəldiyin üçün çox sağ ol. Mən başa düşürəm ki, bizim layihəmiz sənin üçün nə qədər çətin və gözlənilməz oldu. Məni və bizim çəkiliş qrupunu sənin tərbiyən və peşəkarlığın sarsıtdı. Çətin şəraitə baxmayaraq, işə yanaşman bizi heyrətləndirdi. Mən öz adımdan və bütün komandamız adından həm yüksək peşəkarlığına, həm də heyrətamiz insani keyfiyyətlərinə görə sənə təşəkkür edirəm. Ümid edirəm ki, görülən işlər sənin və mənim yaradıcılığımı izləyən hər kəsin ürəyincə olacaq. Əminəm ki, bu, bizim birlikdə ərsəyə gətirdiyimiz sonuncu iş deyil. Sənə uğurlar”.

Taşa Turova da öz növbəsində hotel otağında və hamam dəsmalında çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb və “Bakı günəşi ilə qızınmaq” , – deyə qeyd edib.

Xatırladaq ki, 2015-ci ildə ailə quran meyxana ustası yay aylarında qız atası olub. Məşhur meyxanaçı həyat yoldaşının və qızının üzünü mətbuatdan ciddi-cəhdlə gizlədir. N.Qaraçuxurlunun ilk nikahından isə 2 oğlu var.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button