SEÇMƏ

Nanə Ağamalıyeva ilə Tarix Əliyevə xəbərdarlıq edilib

Yayımlandı: 21 Noyabr 2022 20:13

Audiovizual Şura aparıcıların efirdə zorakılıq və qəddarlığın təbliğinə şərait yaratdıqları qənaətindədir

Audiovizual Şura “Space”, “MTV” və “ATV” telekanallarında qanun pozuntuları aşkarlayıb.
Bu barədə qurumun iclasında məlumat verilib.

Bildirilib ki, “Space” telekanalının efirində 12.10.2022-ci il və 13.10.2022-ci il tarixlərdə saat 12.00 – 14.45 arası yayımlanan “Gəl danış” və “MTV”-nin efirində 18.10.2022-ci il və 19.10.2022-ci il tarixlərdə saat 13.00 – 15.00 arası yayımlanan “Ümid ilə gəl” proqramlarında şikayətçi qismində iştirak edən Fərman adlı şəxs tərəfindən həyat yoldaşı və onun ailəsi barədə nalayiq ifadələr işlədilib.

Bu isə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2.4-cü maddəsinin tələbinə (uşaqlar arasında dövriyyəsi qadağan edilən ailə institutunu nüfuzdan salan informasiya) zidd olmaqla, “Media haqqında” Qanunun 14.1.15-ci maddəsinin tələbinin (“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulmasıdır.

İclasda həmçinin, “ATV”-nin efirində 17.11.2022-ci il tarixdə “Media haqqındaAzərbaycan Respublikası Qanununun eyni maddəsinin, yəni 14.1.15-ci maddəsinin tələbinin (“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulması faktı da müzakirə olunub.

Saat 12.00 – 13.50 arası yayımlanan “Günün sədası” proqramında iştirak edən şəxs tərəfindən zorakılıq və qəddarlıqla bağlı təqdiredici ifadələrdən istifadə olunub ki, bu “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2.4-cü maddəsinin tələbinə ziddir.

Baş verən bütün hallarda pozuntular canlı yayım zamanı baş verib. Lakin televiziyaların aparıcıları qonaq və ya ekspertlər tərəfindən istifadə olunan belə ifadələrin qanuna zidd olması ilə bağlı həm onlara, həm də tamaşaçılara məlumat verməli olduqları halda, müdaxilə etməyiblər.

Efirdə zorakılıq və qəddarlığın təbliğinə şərait yaradıblar. Televiziya aparıcıları bu sahədə daha diqqətli olmalı, proqram iştirakçılarına qanunvericiliyə əməl olunmasının zəruriliyi barədə dərhal məlumat və xəbərdarlıq verməlidirlər.

Aparılan müzakirələrdən sonra Audiovizual Şurası qeyd olunan pozuntu faktlarına əsasən “Space”, “Azad Azərbaycan”, həmçinin “MTV” telekanallarına xəbərdarlıq edib.

ATV telekanalında yayımlanan “Günün sədası” verilişinin aparıcısı Nanə Ağamalıyeva, “Space” TV-də yayımlanan “Gəl Danış” verilişinin aparıcısı Amil Xəlil, “MTV”-də yayımlanan “Ümid ilə gəl” verilişinin aparıcısı isə prodüser Tolikdir (Tarix Əliyev).

Meydan TV

Gözdən qaçırmayın:  Türkiyənin Qaziantep şəhərinə 3 raket atılıb: 3 nəfərin öldüyü açıqlanıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button