2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Nardaran əməliyyatında güllələnən Əbülfəz Bünyadov həbsdən buraxıldı

Ötən il noyabrın 26-da Nardaranda əməliyyat keçirilərək evi gülləbaran edilən, iki qardaşı qətlə yetirilən, özü isə aldığı güllələrdən iflic olan və buna baxmayaraq, həbs olunan Əbülfəz Bünyadov azadlığa buraxılıb. Bu barədə “Azadlıq”a vəkil Yalçın İmanov məlumat verib.

 


Vəkil bildirib ki, məhkəmə dekabrın 20-də prokurorluğun təqdimatına baxaraq, Əbülfəz Bünyadov barəsində həbs-qətimkan tədbirini dəyişib.
Qeyd edək ki, Əbülfəz Bünyadov Nardaran əməliyyatında güllələnəndən sonra yataq xəstəsi olduğundan həbs olunandan bəri Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılırdı. Baxmayaraq ki, həmin əməliyyat nəticəsində həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və digərləri ilə yanaşı, ona da cinayət işi açılmış və ağır ittihamlar verilmişdi. Amma o, hərəkət edə bilmədiyindən barəsindəki cinayət işi ayrıldı və məhkəməyə göndərilmədi.
Qeyd edək ki, əməliyyat zamanı Əbülfəz Bünyadovun qardaşı Rəfael Bünyadov da güllələnərək öldürülüb. Taleh Bağırzadə məhkəmədə ifadəsində bildirmişdi ki, digər qardaşı Fərail Bünyadov onlarla birlikdə həbs olunmuşdu. Lakin onları evdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apararkən yolda polislər avtomatın qundağı ilə başına vura-vura öldürüblər.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button