2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Nardaran işi” – 2: “İndi bilin ki, bunlar idarədə bizə necə zülm eləyiblər”

Nardaran hadisələrinə görə həbs edilənlərin ikinci qrupu üzərində məhkəmə prosesi davam edir. Bu qrupda Müsəlman Birliyi Hərəkatı sədrinin müavini, ilahiyyatçı Elçin Qasımov da daxil, 12 nəfər hakim önünə çıxarılıb.

Martın 31-dəki prosesdə polis əməkdaşları zərərçəkn kimi ifadə veriblər. Təqsirləndirilənlər polislərə sərt suallar veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Təqsirləndirilənlərdən biri İsa Şükürov bildirib ki, təcridxanada onlara “ermənipərəst Lapşindən” pis baxıtlar: “O gün Kürdəxanı təcridxanasında Lapşini gördüm, həyətdə gəzdirirdilər. Görün, bizə necə davranırlar, ermənipərəst Lapşinə necə hörmət edirlər”.

Zərərçəkən qismində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ifadə veriblər. İttihama görə, onlar 2015-ci il noyabrın 5-də polis idarəsinin qarşısında etirazçılarla polis arasında toqquşmada zərər çəkiblər.

Həmin gün Elçin Qasımovu saxlayıb, Sabunçu RPİ-yə gətiriblər. Onun günahsız olduğunu, şərləndiyini iddia edən bir qrup adam da idarənin qarşısına toplaşaraq, ilahiyyatçının buraxılmasını tələb edib.

Zərərçəkmiş polis məhkəmədə deyib ki, həmin gün futbol üzrə yığma komandanın oyununda asayişi qoruyarkən, onlara idarənin qarşısına qayıtmağı əmr ediblər. Qayıdarkən, orada bir qrup adamın toplaşdığını görüblər: “Həmin adamlar bizə daş atırdılar. “Kaska”ma daş dəydi. Özümüzü müdafiə etmək istəyəndə, bizi əhatəyə aldılar. Qandalımı çıxartdılar. Polis heç nədən qorxmur, amma adam kütlə görəndə həyəcanlanır. Rabitə vasitəm, qandalım itmişdi, qalxanım çatlamışdı. Mən bu adamları tanımıram”.

Polis vəkillərin suallarını cavablayarkən, itən əşyalara görə maaşından tutulmadığını bildirsə də, mənəvi zərər çəkdiyini sözlərinə əlavə edib.

“Bizi tanımırsan, özün heç bir ziyan çəkməmisən, bura niyə gəlmisən? Nə qədər pul verib işə düzəlmisən?”, – Elçin Qasımov onu sual yağışına tutub.

Polis sualları cavablamayıb. Hakim zərərçəkənin sualları anlamadığını deyəndə, Elçin Qasımov etiraz edib: “O zaman anlaqsız adamı niyə gətirmisiniz buraya?”.

Polis kapitanı Xəyyam Camalov da bənzər ifadə verərək deyib ki, toqquşma zamanı ona daş dəyib.

Təqsirləndirilən İsa Şükürov ona sual vermək istəyəndə, polis əsəbiləşib: “Mən kapitanam, mənə “cənab kapitan” deyə müraciət etmək lazımdır”.

Hakim Mayıl Bayramov İsa Şükürovun sual verməsinə imkan vermədiyindən, polis də çıxıb gedib.

Bu durum Elçin Qasımovu əsəbləşdirib: “Bu, hələ polis kapitanıdır, onun davranışını gördünüz. İndi bilin ki, bunlar idarədə bizə necə zülm eləyiblər. Bunlar polis adına ləkədirlər. Camaatın pulunu yeyib, indi gəlib adam olublar”.

İsa Şükürov suallarını verməyə imkan yaradılmadığına görə hakim Mayıl Bayramovdan Ali Məhkəməyə şikayət edəcəklərini söyləyib.

Məhkəmə aprelin 7-də davam edəcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button